Yetim uşaqlar təhsil haqqından azad edildi
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.
Nazirlər Kabinetindən verilən məlumata görə, "Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi" və "Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi"nə müvafiq dəyişikliklər edilib. Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.

Bu qız 17 yaşında milyonçu oldu
Amerikalı Bella Vims doğum günündə ailəsində avtomobil istədi. Ailəsindən “qazan, özün al” cavabını alanda qarşısına məqsəd qoydu və zərgərlik dizaynı ilə 250 milyon dollar qazandı.
Atasının verdiyi xərcliklə dolanan gənc qızın üç ilin içində 250 milyon dollarlıq dövriyyəsi olan bir şirkət qurması inandırıcı olmaya bilər. Ancaq amerikalı Bella Vims bu möcüzəni gerçəkləşdirdi.
14 yaşında öz işini qurdu
Zərgərlik dizaynerliyinə həvəsi olan Bella əvvəlcə dostlarını müştəri olaraq seçdi. Sonra “Oriqami Oul” adı altında qurduğu şirkətlə özü kimi daş-qaş dizayneri olanları bir yerə toplayaraq bir şəbəkə qurdu. Daimi olaraq təşkil etdiyi şənliklərdə düzəltdikləri bəzək əşyalarını satmaq imkanı olan fərdi dizaynerlər eyni zaman professional alıcılarla da görüşmək imkanı tapdı.
Qarşıma məqsəd qoydum, milyonçu oldum
Satışlardan əldə edilən gəlirlərin üzərinə bərabər dizaynerlik təlimini də gələndə 2011-ci ildə 280 min dollarlıq bir büdcəyə nail olundu. 2012-ci ildə gəlir 86 dəfə artdı. İndi isə 17 yaşındakı Bella Vims 250 milyon dollarlıq və 25 min müstəqil dizaynerdən ibarət olan bir komandanın başçısıdır.

Müəllimlərə şad xəbər: maaşlar iki dəfə artacaq
Azərbaycanda müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqlarının adambaşına düşən ümumdaxili məhsula (ÜDM) nisbəti mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılacaq.
Azad.Az “Trend”-ə istinadən xəbər verir ki, bu, ölkə prezidentinin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulur. Strategiyaya əsasən, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumdaxili məhsula nisbəti mərhələlərlə 2 dəfəyədək artırılacaq.
Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin stimullaşdırılması üçün mexanizmlər hazırlanacaq

Dünyanın ən zəngin dilənçisi...
Son günlər dünyanın ən zəngin dilənçisinin şəkilləri mediada və sosial şəbəkələrdə daha çox paylaşılır və müzakirə edilir.
Pakistanlı Əbdul-Səttar Ədhi dünyanın dilənçilərindən çox fərqlənir. Bu dilənçi dünyanın ən böyük xeyriyyəçilərindən biridir. Belə ki, hələ də dilənçilik etməklə məşğul olan 85 yaşlı bu şəxs, dilənərək əldə etdiyi pullarla 25 özəl xəstəxana tikdirərək, 1800 təcili yardım maşını alaraq , 335 yardım mərkəzi təsis edərək təmənnasız olaraq ehtiyaclıların istifadəsinə verib.
Qeyd edək ki, Ədhi uşaqlıq yaşlarındaykən anasını müalicə almaq üçün imkanları olmadığı üçün dünyasını dəyişmişdir.
Ədhi öz həyat fəlsəfəsini “kasıb bir adam olduğum doğrudur, lakin pula məndən daha çox ehtiyacı olan insanlar var” deyərək ifadə etməyə çalışmışdır.