ALLAH, İNSAN, İSLAM
Allah, varlığı heç bir səbəbə bağlı olmayan ilahi zatdır. O, heç bir şeyə möhtac deyil. Lakin hər şey Ona möhtacdır. Hər işin Ona həvalə edilərək olunması zəruridir. Hər işə müdaxilə etmə haqqına sahibdir.
Yerlərin, göylərin və ikisi arasındakıların Rəbbi, onları yaradan və idarə edən, kainatdakı nizamın tək sahibidir. Dünya və axirətdə hökmran olan, heç bir işi təsadüfə buraxmayan, qaranlıqlardan nura çıxaran, Peyğəmbərlər və vəhylər göndərən, diləyəni hidayətə çatdıran, diləyəni dəlalətə salan yeganə ilahdır. Canlı və cansız bütün varlıqları yaradan, onlar içərisində də insanları məxluqatın ən şərəflisi olaraq yaradandır. Yaratmaqla qalmayıb yaşadan, öldürən, dirildən, hesaba çəkəndir. Yerlərin və göylərin Rəbbi, Rəhman olan, Rəhim olan, ruzi, cəza və mükafat verəndir.
Zaman və məkandan münəzzəh [1] olan, əzəli və əbədi, axır və əvvəl olandır. Şəriklilik və şərtlilik qəbul etməyən yeganə ilahdır. Doğmayıb, doğulmayıb. Dilədiyini əziz, dilədiyini zəlil edən; şərəf və izzət sahibi, görünən və görünməyənin Rəbbidir. Ən kiçik zərrə, toz parçasından ya da gözlə görünməyən mikroblardan, ən böyük cisimlərə qədər məxluqat arasındakı bütün əlaqələrə nəzarət edən, hər şeyi haqqıyla bilən, haqqıyla görən, duymadıqlarımızı duyan, yedirən, içirən, ağladan, güldürən, bizdən uzaq olmayan yeganə bir ilahdır.
Hər şeyi insan üçün yaradan, insanın xidmətinə verən, insanı yalnız özünə qulluq üçün yaradan Odur. Bax, Rəbbimiz olan Allah belədir. Dövlətimizə, evimizə, həyatımıza, təhsilimizə qarışan və hər biri üçün prinsiplər qoyan Odur. Səmadan üzərimizə tavan, yer üzündən ayağımızın altına döşək edən, yağışı yağdıran, küləyi göndərən, yer üzündə yaşadan, ağıl, fikir və şüur verən Odur. Bax, budur bizim Rəbbimiz.
İnsan isə, yuxarıda bəzi sifətlərini saymağa çalışdığımız Uca Allah tərəfindən məxluqatın ən şərəflisi olaraq yaradılan, ruhunu Allahdan, cisimini torpaqdan alan bir varlıqdır. Ruhunu Allaha bağlayaraq ülviləşən bir varlıqdır. Eyni zamanda, ağılını, nəfsinə və şəhvətinə təslim edərək sufliləşən; heyvanlar dərəcəsinə, hətta daha aşağı düşən bir məxluq da ola bilər. Allaha qul olmaq və olmamaq barəsində iradə sahibi, seçmə azadlığına sahib yeganə varlıqdır. Yaradılış etibarilə zəif, tələskən, ehtiraslı, bəzən zalım, bəzən də cahil, pisliyə və yaxşılığa meylli bir varlıq. Bir yandan Allahın xəlifəsi, Allahın hökmlərini yer üzündə Allah adına tətbiq edici; digər yandan isə şeytana, nəfsinə, şəhvətinə ya da insanlara qul olma zəifliyinə düşən bir varlıqdır.
İslam isə; Allah ilə insan arasındakı əlaqələr üçün, Allah tərəfindən təyin edilən prinsiplərdir. Bu prinsiplər sisteminə din deyirik. Dinin risalət silsiləsindəki ən son şəkli İslamdır. Din, insan ilə Allah arasında bir bağdır. Allah tərəfindən, bəşərin ixtiyarına buraxılmadan, insanı insan etmək, insani xüsusiyyətlərini qorumaq üçün göndərilmişdir.
Qısaca İslam; Allahın boyasıdır. Uca Rəbbimiz: "Bu Allahın boyasıdır. Allahdan daha gözəl kimin boyası ola bilər?" [Bəqərə Surəsi; 138] buyurmaqdadır.
Bu ayədəki boya kəlməsindəki məqsəd İslamdır. Allahın insanlar üçün qoyduğu ən son nizamdır. Bu boya ilə boyanmağımız istənilr. Məhz Allah hər şeyi yaratmış və ona sahib çıxmışdır. Varlıqların ən şərəflisi olaraq da insanı yaratmışdır: "Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq." Ayədəki "ən gözəl surətdə" cümləsindəki məqsəd bədən, ruh və ağılda mükəmməllikdir. Başlıca mükəmməllik xüsusiyyətləri bunlardır. İnsanı yaradan Allah, onu başıboş buraxmadı. Bu da Rəbbimizin bizə olan ən böyük lütfüdür. Sahibinin buraxdığı yüyənsiz heyvanlar kimi sərbəstsiniz; gəzin, dolaşın, yeyin, için, əylənin demədi. Uca Rəbbimiz: "Vay insanın halına, vay, sonra yenə vay halına vay! Yoxsa insan başıboş buraxıldığınımı zənn edir?" [Qiyamət Surəsi: 34-36] buyurmaqdadır.
Lakin bizi yaradan Rəbbimiz, Mən sizi yaratdım; artıq nə istəyirsiniz edin, öz başınızın çarəsinə baxın desəydi, o zaman insanlar yaşamağın, yeməyin, içməyin doğru variantını bilə bilməzdilər. Üstəlik Allahı buraxıb nəfslərinə, şəhvətlərinə ya da daşdan və ağacdan düzəldilmiş bütlərə və ya bir qisim bəşəri ideologiyalara qul olacaqdılar.
Amma Rəbbimiz belə etmədi. Yaratdı, nizam verdi, şəkil verdi, qaydaya saldı və şəriət göndərdi. Necə yaşayacağımızı öyrətdi. Rəzil olmamağın prinsiplərini bildirdi. Peyğəmbərlərini, kitablarını, mələklərini göndərdi. Bu mesajlarını anlayacaq ağıl, yaşayacaq imkan verdi. Çünki bizi O yaratdı. Elə isə bizi ən yaxşı tanıyan da Odu: "Ayıq olun [diqqət yetirin] heç yaradan bilməzmi [yaratdığını]? O, lütf sahibi və hər şeydən xəbəri olandır" [Mülk Surəsi; 14].
Soyuducunu icad edən bir usta onun işləmə mexanizmasını təyin edər. Çünki bu, onun icadıdır. Hecə işləsə xarab olmayacağını da o bilir. Bunun kimi, digər alətlərin funksiyasını da onları yaradan usta bildiyi üçün, onların necə istifadə ediləcəyini də ən yaxşı bilən onlardı. Buna görə də aldığımız hər cihazın yanında onun necə istifadə ediləcəyini izah edən, istifadə qaydalarının yazıldığı bir sənəd olur. Aldığımız cihazı təlimatına uyğun olaraq istifadə etməsək tez bir müddətdə yararsız hala düşər. Məhz insanın həyata təlimatı da, Allah ilə qul arasındakı mükəmməl əlaqəni təmin edən, Allah tərəfindən göndərilən İslamdır. İslama sahib çıxmağa, yəni insanla Allah arasındakı bağı qurmaq mübarizəsinə də ibadət və ya qulluq deyirik.

NAMAZIN 7 KODU.
Bütün ibadətlərin tacı olan namaz simvollar mənzuməsidir. Namazın simvolları haqqında nə qədər danışsaq da deyiləcək söz bitməz. Lakin biz burada namazın rukunları, onların simvollaşdırdığı həqiqətlər haqqında bir neçə söz demək istəyirik:
1.Başlanğıc təkbiri: Allahu Əkbər kəlməsində ifadə olunan təkbir, Allahı hər cür nisbətdən təmizlənmiş olaraq böyük, ən böyük, yeganə böyük kimi anlamaq və bilməkdir. İnsan təkbir gətirərkən dünyasını əllərinin tərsi ilə arxaya itələyər. Önündə sadəcə Rəbbinə uzanan bir yol qalar. O yol sıratı müstəqimdir.
2. Qiyam: Allaha duyulan ehtiramı simvollaşdırır. Qiyam, ayağa qalxmaq, ayaqda durmaq, dik dayanmaqdır. Qiyam kəlməyi tövhidin ilk yarısıdır. La ilahə illallahın qulluq edilməyə layiq heç bir varlıq yoxdur mənasını verən “la ilahə” hissəsini təmsil edir. Bu şirkə, küfrə, üsyana, tüğyana qarşı olan qiyamdır. Namazın hər qiyamı da belədir. Mömin qiyamda dağları təmsil edər. Dağlar təpələrindən bəslənərlər. Onları bəsləyən rəhmət buludlardan enər.
3. Qiraət: Quranın namaza daşınmasıdır. Namaz vəhyin bədənidir, vəhy namazın ruhudur. Qiraəti tilavətdən ayıran şey mənadır. Oxuyanın anlamaq cəhdi tilavəti qiraətə çevirər. Məqsəd yaşamaqdır. Anlamadan yaşanılmaz. Qiraətin qəlbi Fatihədir. Fatihə, Rəsulullahın hədisində də deyildiyi kimi "Allah ilə qulun dialoqu"nu təmsil edər. Yəni Fatihə, namazı Allahla qul arasındakı söhbətə çevirər. Bunun üçün Fatihəsiz namaz, namaz deyil. Qiyam dağları təmsil etdiyi kimi qiraət də, möminin qəlbini bəsləyən rəhmət buludunu təmsil edir. Çünki vəhy rəhmətdir. Vəhy eyni zamanda qiyamın xəbərçisidir [beyyinat].
4. Ruku: Ehtiramla boyun əyməyi ifadə edir. Qiyamdakı ehtiramın sonrakı mərhələsidir. Ruku tək başına ictimai təslimiyyəti, Səcdə isə fərdi təslimiyyəti ifadə edir. Çünki "Ruku edənlərlə birlikdə ruku et!" ayəsi var, lakin "Səcdə edənlərlə birlikdə səcdə et!" ayəsi yoxdur. Ruku, qiyam ilə səcdə arasında bir dayanacaqdır. Rukuda qul dörd ayaq üzərində yürüyən bütün canlıları təmsil edər. Bu yönü ilə namaz, insanın varlığı təmsil edərək Allahın hüzuruna çıxaraq verdiyi xəlifəlik hesabatıdır. Ruku səcdə ilə birlikdə la ilahə illallahın ikinci yarısı olan qulluq edilməyə layiq yalnız Allah var mənasındakı illallahı təmsil edir. Ruku həmdin bədən dilinə əks olunmasıdır. Onun üçün Rukudan qalxan qul, "Allah həmd edəni eşidər" deyir. Allah Rəsulu camaata namaz qıldırarkən bu cümləni söyləmiş, bunun üzərinə Rəsulullahın ardında ilk dəfə namaz qılan bir bədəvi, “madam ki, eşidir o zaman mən də Ona həmd edim düşüncəsi ilə: “Ən gözəl, sonsuz, ən mübarək həmd Ona olsun; göylər və yerlər dolusu həmd Ona olsun!...” deyə yüksək səslə həmd etməyə başlayar. Allah Rəsulu namazdan sonra "o qardaşınızın sözlərini yerə düşməyə qoymamaq üçün səmadan mələklərin hücum etdiyini gördüm" buyurmuş və o bədəvinin həmd sözlərini özü də namazlarına daşımışdır.
5. Səcdə: Ehtiramın son nöqtəsini və zirvəsini təmsil edir. Huşu duyan qəlb əvvəl sahibini ayağa qaldırar, sonra boyun əydirər, ən sonunda səcdəyə vardırar. Səcdə insanın Allah qarşısındakı qulluğunu təmsil edir. Səcdə insanın insanlığını Allahın hüzurunda yerə qoymasıdır. İnsanlığımızı təmsil edən alınımızı Allahın hüzurunda yerə qoymağımız, insanlığımızı borclu olduğumuz Rəbbə şükr nişanəsidir. Səcdə Allaha qurban olmaqdır. "Səcdə et və yaxınlaş" [Ələq 96/19] ayəsi bunu ifadə edir. Səcdə ana qarınındakı saf hala dönməkdir. Ona görə səcdədəki duruş dölün ana qarınındakı duruşuna bənzəyir.
6. Oturmaq: Oturuş, yolçuluğun sonunu təmsil edir. Bu Namazın içində duanın ən çox olduğu hissəsidir. Dua yalnız ibadətlərin beyni deyil, namazın da beynidir.
7. Salam: Salam mirac yolçuluğunun sonunu təmsil edir. Sağınız və solunuzdakı bütün varlığı salamlayaraq, varlığı təmsil edərək bu miracı bitirdiyinizi söyləmiş olursunuz. Namaz təslimiyyətinizin əlaməti, salam və salamatlıq təslimiyyətinizin mükafatı, təslimiyyətiniz İslamınızın əlamətidir. Salam verməklə, təslimiyyətinizin mükafatını bütün varlıqlarla paylaşmış olursunuz.

İBADƏT VƏ QULLUQ.
İnsanın yaradılış məqsədi, Allahın əmr və qadağanlarına qeydsiz-şərtsiz itaət olan ibadətdir. "Mən cinləri və insanları yalnız Mənə qulluq etsinlər deyə yaratdım." [Zariyat Surəsi; 56] Rəhmana qulluq üçün yaradılan sadəcə insanlar deyil. Yer və göydəkilərin hamısı Ona ibadət üçün yaradılmışlar. "Göylərdə və yerdə heç bir şey yoxdur ki, Rəhmana qul olaraq gəlməsin." [Məryəm Surəsi; 93]
O halda, varlıq səbəbimiz olan qulluq nədir və qulluq vəzifəmiz içərisində namazın yeri haradır? İndi bunu araşdıraq.
Lüğət mənasıyla ibadət; “a-bə” də felindən törəyən bir kəlmədir. Ərəbcədə itaət etmək, boyun əymək, bir kimsəyə bağlılıq göstərmək, bir şeyə yapışmaq, birinin, ya da güc və qüvvət sahiblərinin əmr və nəhylərini [qadağalarını] yerinə yetirmək deməkdir.
İbadətin mütləq mənası isə, qeydsiz-şərtsiz Allahın əmrlərini yerinə yetirmək, qadağalarından da çəkinməkdir. Bu mənada ibadəti üç şəkildə təsnif edə bilərik.
1- Həqiqi mənada Allaha qul olmadıqlarından, qullara qul olanlar, əsirlər və kölələr. Bunlar Allaha qulluğu seçib, həqiqi azadlıqlarını qazana bilmədikləri üçün qullara, nəfslərinə, şeytanlara, ya da onun dostlarına qul olublar. Halbuki yalnız Allaha qul olmaqla əmr olunmuşdular. Allaha mütləq mənasıyla qul olmayanlar, bu dünya həyatında rəzil, rüsvay olmağa məhkumdurlar. Dünya həyatının davamı olan əbədi həyatda isə, ən şiddətli əzab onlar üçündür. Şeytanlara, tağutlara, Allahın hakimiyyətini tanımayanlara, Allahın dəyər vermədiyi ölçülərə, hər hansı bir canlıya, ya da əşyaya qul olmaq; həm insanın fitrətinə həm də əşyanın təbiətinə zidddir.
2- İradə sahibi insanlardan başqa, canlı və cansız bütün məxluqat, Rəhman olan Allaha qarşı qulluq edirlər. Yer və göy, yerdəkilər və göydəkilər, heyvanlar, ən kiçik mikroblar və ən böyük cisimlər Rəhmana quldurlar. Bunların hamısı Allahın onlar üçün təyin etdiyi qaydalara görə vəzifələrini icra edirlər. Heç biri vəzifəsini icra etməkdə bir qüsur işlətmirlər. Belə ki, onların bütün vəzifəsi insanlara xidmət etməkdir. Rəhmana olan vəzifələrini yerinə yetirərkən insanlara xidmət edirlər. Amma onlar şüursuz varlıqlar olduqlarından etdikləri ibadətlər, həqiqi dəyərə sahib deyil. Arının bal düzəltməsi, atəşin yandırması, torpağın bitki yetişdirməsi, yağışın yağması, inəyin süd verməsi və s. bu ibadət növünə aiddir.
3- Ağıl sahibi, iradə sahibi, ‘əşrəfi məxluqat' olan insanın öz azad iradəsiylə Allaha qul olmasıdır. Məhz əsl ibadət də budur. Bu ibadət prosesinə daxil olan insan, Allah ilə bir müqavilə imzalamışdır. Onun əmr və qadağalarına təslim olmuşdur. Zatən müsəlman, Allaha təslim olan şəxs deməkdir.
Bildiyimiz kimi bir fabrikdə işləyən işçi, bir dövlət idarəsində çalışan məmur, vəzifəsiylə əlaqədar olaraq müəyyən qaydalara tabe olmaq məcburiyyətindədir. İşinə vaxtında gəlməli və vəzifəsini doğru şıkildə icra etməli, tabe olduğu müdrinin əmrlərinə qarşı çıxmamalıdır. İşini doğru şəkildə icra etməzsə ya işdən çıxarılar, ya da müəyyən cəzalarla cəzalandırılar. Eyni zamanda bir məktəbə oxuyan şagird də o məktəbə oxumaq istədiyi üçün müəyyən müqavilələri imzalamışdır. Məktəbin nizam, intizam qaydalarına tabe olmalıdır. Əks halda xəbərdarlıq cəzasından başlayaraq cəza alar, səhvlərin düzəltməzsə hətta məktəbdən qovula bilər. Məhz "Allaha qulum" deyən insanlar da Allah ilə bir müqavilə bağlamışdılar. Bu razılaşmanın prinsiplərinə, - qulluq prinsiplərinə, - tabe olmaq məcburiyyətindədirlər. Əks halda belə bir şəxsin "mən müsəlmanım, mən Allahın quluyam" deməsi yalandan başqa bir şey deyil. Belələrinə "sən yalan danışırsan" deməliyik. Bütün iddialar isbat tələb edər, elə deyilmi?
Bu qısa təsnifdən sonra, ibadətin [qulluğun] nə olduğunu bir də Allahın elçisindən öyrənək. Quran ayələri nazil olmağa davam edirdi. Rəsulullaha Tövbə Surəsinin 31-ci ayəsi nazil oldu. "Allahı buraxıb da alimlərini, rahiblərini rəblər [ilahlar] etdilər. Və Məryəm oğulu Məsihi də. Halbuki onlar, bir olan Allaha ibadət etməklə əmr olunmuşdular. Ondan başqa ilah yoxdur. O, onların şərik qoşduqlarından uzaqdır."
Bu ayəni hələ müsəlman olmayan Adiyy b. Xatəm eşidincə Rəsulullahın hüzuruna gəldi. Rəsulullaha etiraz etdi, "Biz xristianlar alimlərimizi və rahiblərimizi Rəbb etmirik. Amma duyduq ki, onları Rəbb etdiyimizi bildirən bir ayə nazil olub!"
Rəsulullah [sas.] belə cavab verdi:
"- Onlar sizə bir şey əmr etdiyi zaman nə edirsiniz? Adiyy:
- Əmr etdiklərini dərhal yerinə yetiririk.
- Onlar bir şeyi qadağan etdikləri zaman nə edirsiniz?
- Qadağan etdiklərindən də uzaqlaşarıq.
Peygaber Əfəndimiz bunun üzərinə:
- Hazihi ibadətun! [Bax ibadət -qulluq- budur]" buyurdu.
O halda halal və haram qılma səlahiyyətini Allaha vermək, Allahın əmr etdiklərini etmək, qadağanlarından çəkinmək tövhid və Allaha ibadət olarkən; halal və haram qılma səlahiyyətini Allahdan başqasına vermək və Allahdan başqasının əmr və qadağanlarına tabe olmaq şirk, Allahdan başqasına ibadət etmək və qulluq etməkdir.
İbadət, həyatın tamamilə qulluqla keçməsi deməkdir. Həyatımızın hər anı Rəbbimizə qulluq şüuru içində keçməlidir. Rəbbimizin; "Sənə ölüm əmri gələnə qədər Rəbbinə ibadət et [qulluq et]." [Hicr Surəsi; 99] xitabını unutmamalıyıq. Qulluq şüurunu itirməyən insan Rəbbinin hüzurunda olduğunu heç bir zaman ağılından çıxarmaz. Eynilə atasının yanında olduğunu bilən bir kimsə günah etməkdən necə utanırsa, Allahın ona atasından daha yaxın olduğunu anlayan Ondan qafil ola bilməz. Günaha yönələ bilməz. "Həqiqətən insanı biz yaratdıq. Onun nəfsinə nə pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq." [Qaf; 16] İnsanın Rəbbiylə davamlı əlaqəsini təmin edən ən əhəmiyyətli ibadət isə namazdır.
Hikmətin zirvəsi Allah qorxusudursa, ibadətlərin zirvəsi də namazdır. Çünki "dində namaz, bədəndə baş kimidir." Başsız bədənin ayaq üstə gəzməsi nə qədər mənasızdırsa, namazsız dinin ayaqda durması da o qədər əbəs olar. Əlbəttə dini ayaqda tutan namaz Rəsulullahın namazı kimi, iqamə edilən namazdır.
Həyatın ibadət ola bilməsi üçün etdiyimiz hər işin, atdığımız hər addımın Allahın razılığına uyğun olması şərtdir. Belə olduğu təqdirdə yatmağımız ibadət olar, gəzməyimiz ibadət olar, yeməmiz-içməyimiz, qazanmağımız-xərcləməyimiz, oxumağımız-öyrənməyimiz, nəhayət hər hərəkətimiz ibadət olar. İbadətin müəyyən bir vaxtı yoxdur. Allahın namaz kimi müəyyən ibadətləri bizə fərz etməsi isə, digər ibadətlərə hazırlıq və onlara nəzarət üçündür.
İbadətlər bir növ təlimdir. Hər dövlətin, hər cəmiyyətin ayaqda qalması üçün təlim görmüş əsgərə, polisə ehtiyacı vardır. Onların hər biri lazımi təlimi aldıqdan sonra vəzifəlyə təyin edilərlər.
Məhz Allahın dininin ayaqda qalması üçün müsəlmanların da belə bir təlimə ehtiyacları var. Bu təlim, ibadətlər sayəsində olur. Öz nəfsindəki və cəmiyyətdəki pislikləri aradan qaldırmaqla mükəlləf olan müsəlmanın təmiz olmağa, təhsilli olmağa ehtiyacı var. Başqasının səhvini düzəltməyə çalışan, əvvəl öz səhvini düzəltməlidir. Həyatını iman və ibadət şüuru içərisində nizamlayan hər mömin partlamağa hazır bir hidrogen bombasından daha təsirlidir. Çünki ibadətlər həyatı nizamlayar. Müvəffəqiyyətin sirri isə, intizamlı olmasından asılıdır. Deməli bir mömin üçün lazımlı olan enerjinin təmini, özündəki ibadət ruhunun canlı olmasına bağlıdır. Bu şüuru həyatında canlı tutan və bizə rəhbər olan Peyğəmbərimizin gündəlik həyatına bir nəzər salaq.
Həzrəti Peyğəmbər [sas.] Allaha qulluq etmədkdə insanların ən üstünü idi. Onun bütün həyatı zikrdən, duadan ibarət idi. Zatən onun həyatında zikrlə qulluq eyni mənanı daşıyırdı. Ümmətinə olan hər əmri və qadağası onun Allahı təsbih etməsi idi. Rəbbinin adlarını, sifətlərini, hərəkətlərini xəbər verməsi, onun Rəbbini zikr etməsi idi. Müxtəlif ifadələrlə həmd və təsbihi, Allaha olan ibadəti idi. Sualı, duası, qorxusu, şövqü Onu zikr idi. Sükutu və səssizliyi, qəlbi ilə Onu zikr etməsi idi. O, hər vaxt və hər yerdə Allahı zikr edər, Ona gözəl bir qul olmağa səy göstərərdi. Alıb-verdiyi hər nəfəsdə, oturarkən, yatarkən, gedərkən, minərkən, döyüşərkən verdiyi hər nəfəsdə Allah vardı.
Yuxudan oyanınca, "Həmd olsun Allaha ki, öldükdən sonra bizi diriltdi. Dönüş Onadır" deyərdi. Gecə qalxdığında on dəfə təsbih gətirər və sonra, "Allahım! Dünyanın çətinliyindən Sənə sığınaram" deyərdi. Evindən çıxdığı zaman, "Allahım! Sənin adınla çıxıram, Sənə təvəkkül etdim, azmaqdan və azdırılmaqdan Sənə sığınaram" deyərdi. Səhər namazına qalxdığında, "Allahım! Qəlbimə, dilimə, qulağıma aydınlıq ver; gözümü, üzümü və yolumu işıqlandır" deyə dua edərdi.
Yenə Həzrəti Peyğəmbər səhər namazını qıldığında, namaz qıldığı yerdə oturar, günəş doğulana qədər Rəbbini zikr edərdi. Günəş doğunca, "Allahım! Sənin üçün sabahladıq, Sənin üçün axşamladıq. Sənin üçün yaşayır, Sənin üçün ölürük, diriliş də və dönüş də Sənədir" deyərdi. Evinə döndüyü zaman yenə Rəbbini həmd ilə təsbih edər, Allaha olan təşəkkür borcunu dilə gətirərdi. Bir paltar geydiyi zaman, "Rəbbim! Məni Sən geydirdin, Səndən xeyr üçün olmasını və xeyr üçün edilməsini istəyirəm" deyə dua edərdi.
Tualetə girəcəyi zaman, "Allahım! Görünən və görünməyən pisliklərdən Sənə sığınaram"; tualetdən çıxdığı zaman da: "Mənə əziyyət və çətinlik verən şeyləri məndən aradan qaldıran və faydalı şeyləri məndə tutan Allaha həmd olsun" deyərdi. Əlini yeməyə uzatdığı zaman: "Bismilləh" deyər və yeyənlərə bəsmələ çəkmələrini əmr edərdi. Gündə ən az yüz dəfə tövbə edər; diliylə, qəlbilyə Allahı zikr edərdi. Onun bütün həyatı məhz belə idi.
Rəsulullah, Rəbbinə olan ibadət və qulluq anlayışını bizlərə belə öyrədirdi. Rəsulullah: "O halda unutduğun zaman Rəbbini gündəmdə tut [zikr et]", "Uca olan Rəbbinin adını təsbih et", "Rəbbini təkbir et [ucalt]" kimi ayələri həyatıyla bu şəkildə təfsir edirdi.
Həyatı ibadətlə keçirmək ya da etdiyimiz hər hərəkətin ibadət ola bilməsi üçün imanın tam mənasıyla ürəyimizə yerləşməsi şərtdir. Əgər imanı nöqtələrdə əskiklik ya da səhv anlamaqdan söhbət gedirsə, ömür boyu alınımızı səcdədən qaldırmasaq belə Allah qatında bir dəyəri yoxdur. İbadətlərin səmərəli olması üçün, Allaha iman və tağuta qulluğun inkarı yaxşıca dərk edilməlidir. İlahlıq və Rəbblik etəmək istəyənlərin xüsusiyyətlərini və şəxsiyyətlərini yaxşıca tanımalıyıq. Əks halda Allaha qul olduğumuzu zənn edərək böyük bir səhv edə bilərik. Şeytan pis əməlimizi bizə gözəl göstərə bilər. İbadətlərimizdəki şüursuzluq ya da təsirindəki nöqsanlıq imanımızın nöqsanlığından qaynaqlanmaqdadır. Həyatımızı və qulluğumuzu qorumaq istəyiriksə əvvəl imanımızı təqliddən təhqiqə [həqiqi imana] keçirməliyik. O zaman Səid Nursinin, "Həqiqi imanı əldə edən adam, dünyaya meydan oxuya bilər" sözünün sirrinə varmış olarıq.

TƏQDİM.
"Nəhayət onların arxasından elə bir nəsil gəldi ki, onlar namazı buraxdılar; nəfslərinin arzularına uydular..."
Həmd, heç bir şəriki olmayan, yaradan, yaşadan, idarə edən, öldürən, dirildən, hesaba çəkən və eləcə də aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salat, Onun uca Peyğəmbərinə, sevgili müəllimimizə... Salam, o Peyğəmbərin əhli beytinə, səhabələrinə, onun izini təqib edib, onun yolunda ölənlərə.
Müsəlman olmaq və özünü İslama aid etmək, ancaq İslama uyğun praktiki əməllərlə mümkündür. Şüphəsiz ki, Allaha iman etməyin nə demək olduğunu dərk edən bir möminin edəcəyi ilk tövhid əməli namazdır. Peyğəmbərimizin ifadəsiylə: "İman təmənnidən ibarət deyil." Namaz, icrası vacib olan qəlbin, ağılın və əzaların təsdiq etdiyi hərəkətlər bütünüdür. Namaz, möminin ürəyində iz buraxan bir nurdur. İmanın praktik həyata əks olunmasıdır. Bəli, namaz, imanı təmənnidən, nəzəriyyədən, quru sözlərdən qurtarmaq və əmələ çevirməkdir. Rəbbimizə haqqı ilə qul olmaq istəyiriksə, bu həqiqəti yaxşı dərk etməli və gündəlik həyatımıza əks etdirməliyik.
Namazın əhəmiyyətinə dair bir çox əsərlər yazılıb. Lakin hələ də namazlarımız namaz olmayıb, həyatımızdakı təsirini göstərməyib. Bunun səbəbi, əhəmiyyətinin anlaşılmamağından, Allahın istədiyi və Rəsulullahın öyrətdiyi kimi icra edilməməyindən qaynaqlanır. Buna görə istədik ki, "bilinməyənləri" deyil, "edilməyənləri" yenidən xatırladaq.
Bu bir həqiqətdir ki; bilinərək və şüurlu olaraq edilən hər iş və əməl, möhkəm və faydalıdır. Təsirli və nəticə verəndir. Bu gün qıldığımız namaz, biz müsəlmanları heç bir pislikdən saxlamadığı kimi, İslamın yer üzündə yayılmasına, Allahın adının ucaldılmasına və İslam cəmiyyətinin meydana gəlməsinə çox az təsir edir. Bunun səbəbi əlbəttə, namaz deyil, onu lazımi kimi qılmayan bizlərik. Eyni namaz, Rəsulullah və səhabələrini fəaliyyətə keçirərkən, onları bir əməl insanı edərkən, bizlərin təmbəl və qorxaq olmağına, pisliklərə və haqsızlıqlara qarşı səssiz dayanmağımıza vəsilə olur. Bu da ondan qaynaqlanır ki, biz şəkil və mənanı birləşdirərək Peyğəmbərin qıldığı kimi namaz qıla bilmirik. Halbuki Cənabı Mövlamız, "Şübhəsiz" kəlməsi ilə namazla bu işlərin ediləcəyini bəyan etmişdi.
Yenə bunun səbəbi, namazın ruhundan günbəgün uzaqlaşmamız, onu alışılmış bir idman hərəkəti kimi şüursuzca təkrarlamağımızdır.
Əsrimizdə müsəlmanların namaza yanaşmaları çox fərqlidir. Bunlardan bəziləri, müsəlman olduqlarını söylədikləri halda namaza yaxın belə getmirlər. Ömürləri boyunca ya bir neçə dəfə, ya da heç namaz qılmayıblar. Onlar namazı lazımsız bir ibadət kimi görürlər. Ürəklərinin təmiz olduğunu və namaza gərək olmadığını ifadə edirlər. Buna baxmayaraq özlərinin namaz qılanlardan daha yaxşı olduqlarını, Peyğəmbərin şəfaətinə güvənərək Allahın onları bağışlayacağını söyləyirlər. Şüphəsiz ki, onlar özlərindən başqa heç kimi aldada bilməzlər.
Bir başqa qrup isə, İslam dəvəti üçün çalışdığı, İslami məsələləri və Allahın qanunlarını müdafiə etdiyi halda namazlarına laqeyd yanaşır. Onlar bəzən qılıb bəzən tərk etməkdə, qıldıqları zaman da şüurlu olaraq qılmamaqdadırlar. Onlara Allahın bu ayəsini xatırladırıq: "Vay halına o namaz qılanların ki, onlar namazlarından qafildirlər." [Maun Surəsi; 4-5]
Onlardan daha çox bizim diqqət çəkməyə çalışdığımız insanlar, namaz qıldıqları halda namazlarından xəbərsiz olanlardır. Onları namazlarından xəbərdar etməyə əzm göstərdik. Rəsulullahın namazını necə örnək almaları və namazda huşunu necə əldə etmələri gərəkdiyini,-anlatmaq mümkün olmayıb, yaşanması vacib olsa da belə,-izah etməyə çalışdıq.
Çünki insanların əksəriyyəti namazlarını mexaniki bir hərəkət kimi yerinə yetirməkdədir. Namazın şəklini atalarından miras almış, uzun zaman qıldıqları üçün adət etmişdilər. Nə namazın sirlərini bilirlər, nə də oxuduqları ayələrin mənalarını. Onlar, lazımlı sözləri söyləyib lazımlı hərəkətləri edərək namazlarını tamamladıqlarında, fərz olan vəzifələrini etdiklərini, cəzadan xilas olduqlarını, namazlarını əda etdiklərini, buna görə də savaba nail olduqlarını zənn edərlər. Onlar zənlərində yanılırlar. Çünki bu söz və hərəkətlər namazın yalnız xarici görünüşüdür.
Bir hədisi şərifdə ifadə edildiyinə görə: "Namaz; duadır, huşudur, təvazödür, zikrdir, nurdur, münacaatdır..." [Tirmizi və Nəsai]
Möminlərin bir qisimi də namazının mənasını anlayanlardır. Namaz qılanlar içərisində onların sayı çox azdır. Onlar namazlarının zövqünü dadmış, Rəsulullahın bu müjdəsinə nail olmuşlar: "Bir insan vaxtında namaz üçün qalxar, dəstəmazını gözəl bir şəkildə alar, rükusunu, səcdəsini huşuyla etsə onun namazı dümağ bir səhifə halında yüksələr və belə deyər;
- Sənin məni qoruduğun kimi Allah da səni qorusun.
Namazı bu şəkildə əda etməyənin namazı isə qapqara bir səhifə halında yüksələr və belə deyər;
- Məni məhv etdiyin kimi Allah da səni məhv etsin.
Bu namaz Allahın dilədiyi yerə varınca, köhnə bir paltar kimi bükülər və sahibinin yüzünə çarpılar."
Bu yazını ‘inandım' deyənlərin namazlarını haqqıyla qılmaları və heç olmasa bir az da olsa nəticəyə çatmalarında köməkçi olmaq üçün qələmə aldıq.
Rəbbimdən bu işi, haqqı axtararaq namaz şüuruna çatmağa çalışan və müsəlmanlara nəsihət vermək istəyənlərə faydalı etməsini niyaz edirəm.
"[İnsanları] Allaha çağıran; saleh əməl işləyən və ‘mən müsəlmanlardanam' deyəndən daha gözəl sözlü kim ola bilər?" [Fussilət Surəsi; 33]
Davamızın sonu, aləmlərin Rəbbi olan Allaha həmd etməkdir.
"Yalnız gücümün çatdığı qədər islah etmək istəyirəm. Uğurum, Allaha aiddir. Yalnız Ona istinad etdim, yalnız Ona yönəldim." [Hud Surəsi; 88]

AMERIKALI PROFESSORUN İLK NAMAZI.
Amerikanın fərqli universitetlərində çalışmış riyaziyyatçı Professor Cefriy Lanq islam dinini necə qəbul etdiyini yazdığı “Mələklər soruşuncaya qədər” isimli əsərində dərin fəlsəfi düşüncələrlə ilk namazını belə anladır: “Müsəlman olduğum gün məscid imamı mənə namazın qılınışını açıqlayan bir kitab verdi. Ancaq müsəlman tələbələrin narahat olmalarını gördüm: “Tələsmə, rahat ol, zamanla yavaş-yavaş edərsən” dedilər.
Məndə öz-özümə “Namaz bu qədər çətindirmi?” dedim və tələbələri eşitməyərək həmin andan etibarən beş vaxt namaz qılmağa qərar verdim. O gecə qaranlıq və balaca otağıma çəkilib kitabdan dəstamaz və namaz hərəkətləri məşqlərini etdim, namazda oxunacaq bəzi surələrin ərəbcə oxunuşlarını və ingiliscə anlamlarını əzbərləməyə çalışdım. Bu çalışmalar saatlarca davam etdi. İlk namaz qılmağı yoxlamaq üçün özümə əminlik gəlincə gecə namazını qılmağa qərar verdim…
Vaxt gecə yarısı idi. Kitabı götürüb hamama girdim. Kitabı açaraq mətbəxdəki ilk yemək bişirməyə hazırlaşan bir aşbaz kimi kitabdakı təlimatları diqqət və incəliklə bir-bir yerinə yetirdim. Dəstamazı aldıqdan sonra otağın ortasında durub qapı və pəncərələrin kilidli və qapalı olmasından əmin olduqdan sonra qiblə deyə bildiyim tərəfə yönəldim, dərin bir nəfəs aldım və əlimi qaldıraraq alçaq bir səslə “Allahu Əkbər” dedim. Kimsənin məni eşitməməsi və görməməsini umurdum. Yavaş-yavaş “Fatihə” surəsiylə qısa bir surəni ərəbcə olaraq oxudum. Elə zənn edirdim ki, hər hansı bir ərəb məni dinləmiş olsaydı, mənim oxumağımdan bir şey anlamayacaqdı. İkinci bir təkbir alaraq rukuya getdim, rukuda biraz tədirginlik hiss etdim, çünki həyatımda heç kimə əyilməmişdim. Otaqda tək olduğumu xatırlayınca sevindim. “Subhanə Rabbiyəl Azim” dediyim an qəlbimin sürətlə çırpındığını hiss etdim. Təkrar təkbir gətirərək qalxdım və artıq səcdəyə getmək üçün əllərimi və dizlərimi yerə qoyarkən sanki dondum. Səcdəyə gedə bilmirdim...
Sahibinin önündə başını yerə qoyan kölə kimi üzümü, burnumu yerə qoyub özümü “zillət” sandığım bir vəziyyətə sala bilmirdim. Üstəlik ayaqlarım da qatlanmırdı. Utandım, gülünc vəziyyətə düşdüyümü fikirləşdim. Bu vəziyyətdə məni görən dost və tanışlarımın önündə acınacaqlı və lağ ediləcək halımı düşündüm. Dostlarımın qəhqəhələrini eşidər kimi olurdum. “San Fransisko” da ərəblər sehir etdi, o da bu hala düşdü!”- kimi sözlər işlədəcəklərini təxəyyül edərək “yazıq” vəziyyətə düşdüyümü hiss etdim.
Bir müddət tərəddüddən sonra dərin bir nəfəs aldım, başımı səcdəyə qoydum, zehnimdəki bütün düşüncələri atdım, diqqətimi dağıdacaq düşüncələrə yer vermədən ikinci səcdəni də etdim. Bu əsnada özüm-özümə “Daha önümdə üç tur var!” deyə düşündüm və nəyin hesabına olursa-olsun bu namazı tamamlayacağamı qərarlaşdırdım. Qalan rükətlərdə hər şey daha da asanlaşırdı. Son səcdədə tam bir sükunət hiss etdim. Sonra başımı qabağıma əyərək peşman bir şəkildə “Allahım! Axmaqlığımdan və təkəbbürlüyümdən ötrü məni bağışla, uzaq bir yerdən gəldim və daha irəlidə qət ediləcək uzun bir yol var!” deyə dua etdim. Bu əsnada daha öncə heç hiss etmədiyim bir şeyi hiss etdim.
Bunu sözlərlə ifadə etmək mümkün deyil. Vücudumu qəlbimin bir nöqtəsindən çıxdığını hiss etdim və anlaya bilməyəcəyim bir dalğa məni bütünlüklə qapladı. Soyuq meh kimi idi. İlk öncə ürkdüm, vücuduma olan təsirindən başqa qəribə bir şəkildə hisslərimə təsir etdi və görünür bir rəhmətin varlığını hiss etdim. Bu rəhmət sonra içimə nüfuz edərək içimdə qaynamaya başladı. Sonra səbəbini bilmədən ağlamağa başladım. Ağlamağım artıb gözyaşlarım axdıqca rəhmət və lütüfdən möhtəşəm bir gücün məni qucaqladığını hiss etdim. Günahkar olmağıma rəğmən günahlarımdan ya da utanc və sevincdən dolayı ağlamırdım. Sanki böyük bir rəhmət açılmışdı, içimdəki qorxu və kədər sel olub gedirdi…Bu sətirləri yazarkən öz-özümə deyirəm: “Allahın rəhmət və məğfirəti sadəcə günahları bağışlamır, o eyni zamanda bir şəfa və bir səkinədir.” Uzun bir zaman başım önümə əyilmiş vəziyyətdə eləcə dizüstə qaldım. Ağlamağım kəsdikdə yaşadıqlarımı ağılla izah etməyin mümkün olmadığını anladım. Bu əsnada idrak etdiyim ən vacib xüsus isə, mənim Allaha və namaza şiddətli dərəcədə möhtac olduğum gerçəyi oldu. Yerimdən qalxmazdan əvvəl də bu duanı etdim: ”Allahım! Bir daha küfrə girməyə cürət etsəm, məni o küfrə girmədən əvvəl öldür və bu həyatdan qurtar, xəta və əksiksiz yaşamağın çox şətin olduğunu bilirəm. Ancaq əminəm ki, bir tək gün belə olsa Sənsiz yaşamaq, Sənin varlığını inkar etməyim mümkün deyildir.”

NAMAZIN İSLAMDA YERİ.
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali İmran surəsi, 102.)
“Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə biri-birimizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir! ” (ən-Nisə surəsi, 1)
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar ” (əl-Əhzab surəsi, 70-71)
Namazın mənası
Əziz qardaş və bacılarım! Allahın biz insanlara vacib buyurduğu ibadətlərin arasında namaz, ən önəmli yerlərdən birini tutur. Əbəs yerə el arasında “Namaz ibadətin qəlbidir!” deməyiblər. Namazın hər rüknunun bir qiyməti vardır. Məhz namaz vasitəsilə qul, onu yaradanın qarşısında səcdə etmək kimi ən gözəl rükunu yerinə yetirir. Namaz qılaraq bəndə öz Rəbbinə yaxınlaşmaq şansı qazanır. Sanki hər gün müəyyən edilmiş vaxtlarda Allahı ilə ünsiyyətdə olur. Elə bu ünsiyyətin sevinci, mənəvi təmizliyi, rahatlığı o insanın bütün gününə sirayət edir. Namaz qıldıqca insan ruhən bir sakitliyə, günahlardan təmizlənməyə nail olur. Bu ibadətin mənəviyyatımıza təsirini heç nə ilə müqayisə etmək mümkün deyil.
Namaz sözü ərəb dilində dua deməkdir. Uca Allah buyurur: “Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir”. ( ət-Tövbə surəsi, 103)
Namaz sözü Allaha şamil edildikdə gözəl tərif, məxluqata şamil edildikdə isə dua və ibadət mənasını verir. Uca Allah buyurur: “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın” ( əl-Əhzab surəsi, 56)
Uca Allah bu ayədə “xeyir dua” dedikdə ərəb dilindəki namaz sözünü istifadə etmişdir.
Namazın dində (şərii) mənasına gəldikdə isə; məlum olan xüsusi kəlmələri ifadə etmək və hərəkətləri yerinə yetirməklə, təkbirlə başlayıb, təslimlə qurtaran, niyyət ilə olunan ibadətə deyilir.
Namaz kəlməsi bu ibadətin Allah tərəfindən vacib buyurulduğu vaxta qədər hər bir duaya, sonra isə yalnız namaza deyilməyə başlandı.
Namazın hökmü
Namaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir. Təəssüf ki, cəmiyyətimizdə “hələ tezdir, cavanam”, “qocalanda namaza başlayaram”, “qırx yaşından sonra namaz qılacağam” kimi fikirlər bəzi insanları namaz kimi gözəl ibadətdən yayındırır. İnsanlar bu ibadətin sanki yalnız qocalar üçün fərz olduğu qənaətinə gəliblər. Buna Quran və sünnə dəlalət edir. Uca Allah buyurur: “Halbuki onlara ancaq Allaha – dini məhz Ona məxsus edərək həniflər kimi – ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də budur!” ( əl-Beyyinə surəsi, 5) Başqa ayədə deyilir: “Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir”. ( ən-Nisə surəsi, 103)
Gün ərzində beş vaxt namaz qılmağın vacibliyi isə Peyğəmbərdən (s.a.s) varid olan mötəbər hədislərdə öz əksini tapmışdır. Peyğəmbər (s.a.s) Muaz ibn Cəbəli (r.a) Yəmənə göndərərkən ona belə demişdir: “Sən Kitab əhlinin yanına gedirsən. Onları Allahdan başqa tanrı olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik etməyə dəvət et! Əgər bunu qəbul etsələr, onlara bildir ki, Allah, gün ərzində beş vaxt namaz qılmağı vacib buyurmuşdur.” ( Buxari 8, Müslim 16)
Başqa bir hədisdə namazın İslamda beş əsasından biri olduğu qeyd olunur. İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ilahın olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq”. ( Əbu Davud 1420, Albani bu hədisi səhihləşdirmişdir.)
Namazın İslamda yeri
Namazın İslamda əzəmətli və çox mühüm bir yeri vardır. Onun yerini başqa heç bir ibadətlə doldurmaq mümkün deyil. Gəlin, ətrafımıza nəzər salaq – insanlar sanki bir darıxmaq xəstəliyinə tutulublar. Hamı darıxır! Səbəbini soruşduqda isə, çox vaxt cavabı belə olur “Heç özüm də bilmirəm”. Hazırda psixoloqlar insanların mənəviyyatını sarsıdan bu darıxmaq xəstəliyinin çarəsini araşdırırlar. Ruhən hiss etdikləri boşluq onlarda heç bir şeyə ehtiyacları olmadıqları halda da darıxmağa, nəyinsə çatmadığı qənaətinə gəlməyə məcbur edir. Elə bu üzdən də intiharlar baş verir, özünü gərəksiz, tək, kimsəsiz hiss edənlərin sayı durmadan artır. Ruhi aclığını doydura bilməyən insan oğlu çarəni yanlış yerlərdə axtarır. Məhz namaz belə insanların qəlbində olan xəstəlikləri müalicə edir. Bu gün müsəlmanların nəinki həyat tərzlərində, hətta əxlaqlarında belə xətalara yol vermələrinin başlıca səbəbi namazlarının lazımı şəkildə olmamağıdır. Çünki “Namaz çirkin və yaramaz işlərdən çəkindirir”
( əl-Ənkəbut surəsi, 45)
Namazın İslamda çox mühüm yeri olduğunu sübut edən bəzi dəlilərə nəzər salaq:
1. Namaz dinin dirəyidir.
Dayağı möhkəm olan şey sarsılmaz. Muaz ibn Cəbəl (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurmuşdur: “Hər bir işin əsası İslam, dayağı namaz və zirvəsi isə cihaddır”. (Tirmizi 2616, Albani hədisi səhihləşdirmişdir.)
2. Qiyamət günü ilk soruşulacaq əməldir.
Hansı insan bu sorğu-sualdan üzü ağ çıxsa, o biri əməllərinin sorğu-sualından da yaxşı çıxmağa Allah ona kömək edər. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Qiyamət günü hər bir bəndədən soruşulacaq ilk əməl namaz olacaq. Namazına doğru-düzgün əməl etmişsə nicat tapacaq, əks təqdirdə isə ziyana uğrayacaqdır”.( Tabarani 532, Albani səhihləşdirmişdir.)
3. Dindən ən son unudulan şey namaz olacaq.
Əbu Uməmə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “İnsanların ilk itirdiyi şey əmanət olacaqdır. Axırda isə namazdan başqa bir şey qalmayacaq və elə namaz qılanlar olacaqdır ki, onların əməllərində heç bir fayda olmayacaqdır”.( Tabarani 4425, Albani səhihləşdirmişdir.)
4. Peyğəmbərin (s.a.s) ümmətinə etdiyi son vəsiyyətidir.
Hər bir insan son olaraq ən vacib şeyləri vəsiyyət edər. Ummu Sələmə (r.a) rəvayət edir ki, “Namaz qılın! Namaz qılın! Kölələrinizlə gözəl rəftar edin” sözü Peyğəmbərimizin son vəsiyyətlərindən biri olmuşdur. ( Əhməd (6-290, 311, 321) Albani səhihləşdirmişdir.)
5. Uca Allahın namaz qılanları, habelə bunu ailəsinə əmr edənləri tərifləməsi.
Gözəl əməllər hər zaman tərifə layiq olmuşdur. Uca Allah buyurur: “Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı”. ( Məryəm surəsi, 54, 55)
6. Uca Allahın namaz qılmayanları və ya onu tənbəlliklə qılanları pisləməsi.
Gözəl əməlləri tərk edən kəs hər zaman tənbeh olunmuşlar. Uca Allah bu xüsusda buyurur: “Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi, 59)
Başqa bir ayədə buyurur: “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər”. ( ən-Nisə surəsi , 142)
7. İlk dəfə namazın gün ərzində əlli dəfə vacib buyurulması.
Namazın ilk olaraq gün ərzində əlli dəfə vacib buyurulması onun Allah dərgahında nə qədər mühüm bir ibadət olmasından xəbər verir. Hətta Uca Allah namazın vaxtlarını gün ərzində beş dəfəyə endirsə də savabının isə əlli namazın savabı qədər saxlaması buna bir daha sübutdur.
8. Uca Allah nicat tapanların əməllərini zikr edərkən namaz ilə başlaması və namaz ilə bitirməsi namazın mühümlüyünü göstərir. Uca Allah buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslər ki, sözbazlıqdan qaçırlar, o kəslər ki, zəkat verirlər, o kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır. O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar”. ( əl-Muminun surəsi, 1-9)
9. Uca Allahın Peyğəmbərə (s.a.s) onun ardınca gedənlərə və ailələrinə namazı əmr etməsi. Allahın özünə ən yaxın bəndəsi olan Muhəmməd peyğəmbərə (s.a.s) namazı əmr etməsi onun vacibliyinin ən yüksək səviyyədə olduğunu təsdiq edir. Allah buyurur: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır”. (Taha surəsi, 132)
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Övladlarınız yeddi yaşına çatanda onlara namaz qılmağı öyrədin. On yaşına çatanda isə onları buna görə tənbeh edin və yataqlarını ayırın”. ( Əbu Davud 495, Albani səhihləşdirmişdir)
10. Unutduqda və ya yatıb qaldıqda belə sonradan namazın qılınmasının əmr olunması onun əhəmiyyətini bildirir.
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Namaz qılmağı unutmuş və ya yatıb qalmış müsəlmanın kəffarəsi yadına düşən kimi onu qılmasıdır”. ( Buxari 598, Muslim 684)
Namazın İslamda xüsusiyyətləri
Namaz digər yaxşı əməllərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bu özəlliklər onun qiymətini daha da artırır. Elə buna görə də insanların əksəriyyəti namaz qılmağa başladıqdan sonra “kaş mən namaza daha əvvəl başlayardım” deyə heyfsilənirlər. Heç bir şeyə bənzəməyən bu hissi dadan insan onun ləzzətini qəlbində daşıyır və sırf Allah rizası üçün etdiyi bu təkrarsız ibadətin zövqünü yaşayır. Namazın əsas xüsusiyyətlərindən bəziləri bunlardır:
1. Uca Allah namazı iman adlandırır.
Allah buyurur: “Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir”
(əl-Bəqərə surəsi, 143)
2. İslamın başqa ibadətlərindən fərqli olaraq namazın Allah tərəfindən ayrıca zikr olunması.
Hər zaman mühüm şeylər ayrıca olaraq qeyd olunur. Allah buyurur: “Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər”. ( əl-Ənbiya surəsi, 73) Namaz xeyir işlərə aid olsa da belə Allah xeyirli işləri qeyd etdikdən sonra namazı bir daha vurğulayır.
3. Quranda bir çox ibadətlərlə yanaşı qeyd edilməsi.
Uca Allah buyurur: “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” ( əl-Bəqərə surəsi, 43) Başqa ayədə deyilir: “Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs!” ( əl-Kövsar surəsi, 2) Başqa bir ayədə deyilir: “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!” (əl-Ənam surəsi, 162) Quranda bu mənada ayələr çoxdur.
4. Allah, hər bir halda bu ibadəti yerinə yetirməyi vacib buyurmuşdur.
Bu ibadət başqa ibadətlərdən fərqli olaraq hər bir halda yerinə yetirilməlidir. İstər cihadda, istər səfərdə, istərsə də başqa hallarda bu ibadəti yerinə yetirmək vacibdir. Hətta ayaq üstə namazı qılmağa gücü çatmayanların onu oturaraq, buna da gücü yetməyənlərin isə uzanmış vəziyyətdə qılmalarının vacibliyi onun tərk edilməz bir ibadət olduğunu bir daha təsdiq edir.
5. Başqa ibadətlərdən fərqli olaraq daha kamil halda yerinə yetirilməlidir.
Təmizlənmək, gözəl paltar geyinmək, qibləyə tərəf yönəlmək və s. bu kimi şərtlər başqa ibadətlərdə tələb olunmur. Namazın kamil halda yerinə yetirilməsinin vacibliyi onun Allah qatında ən yüksək yer tutduğuna dəlalət edir.
6. Namaz qıldıqda hər bir bədən üzvündən istifadə etmək.
Qəlb, dil və digər bədən üzvlərindən istifadə etmək başqa ibadətlərin heç birində yoxdur. Namazın cismən, qəlbən və ruhən edilən bir ibadət olması insanı onu Yaradana daha da yaxınlaşdırır ki, bu da onu digər ibadətlərdən daha üstün edir.
7. Bu ibadəti yerinə yetirdikdə başqa işlə məşğul olmamaq.
Namaz qılarkən yemək, içmək, gülmək və s. lazımsız hərəkətlər etmək, hətta namazdan ayrı bir şey barədə fikirləşmək olmaz. Bütün bunlar namazın ciddi bir ibadət olduğundan xəbər verir.
8. Allahın göndərdiyi hər bir dində vacib buyurulması.
Elə bir Peyğəmbər gəlməyib ki, öz qövmünə namaz qılmağı əmr etməsin. Namazın bu xüsusiyyəti onu digər ibadətlərdən daha üstün edir. İbrahim (a.s) belə dua etmişdir: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” ( İbarhim surəsi, 40) Allah Musaya (ə.s) belə buyurmuşdur: “Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!” ( Taha surəsi, 14) Allah Muhəmməd peyğəmbərə (s.a.s) buyurub demişdir: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır”. ( Taha surəsi 132)
Namazın fəziləti
Namaz təkcə insanın mənəvi boşluğunu dolduran bir ibadət deyildir. Onun əhatə etdiyi mövzulara toxunmaq üçün bir kitab yazmaq təbii ki, yetərli deyildir. Ancaq biz çalışırıq ki, onun ən mühüm amillərini sizin diqqətinizə çatdıraq. Bu amillərdən ən başlıcası da namazın fəzilətidir.
Namazın fəzilətini başa düşüb onu qılmamaq qeyri-mümkündür. Namaz öz fəziləti ilə sanki gözəgörünməz bir sipər çəkib insanı pisliklərdən və günahlara meyl etməkdən uzaqlaşdırır. Müsəlmanın vaxtlı-vaxtında, həm də Allaha müti olaraq qıldığı namaz onun günahlardan təmizlənməsi üçün ən gözəl vasitədir. Hər bir bəndəni Rəbbinə yaxınlaşdıran namaz sanki bir nur olub onun arzuladığı Cənnətə düşməsinə səbəbdir. Namazın fəzilətləri bitməz-tükənməzdir. Ən mühümləri isə bunlardır:
1. Pis və murdar işlərdən çəkindirir.
Gündə beş vaxt namaz qılmaq insana Allah qorxusunu və Qiyamət gününü xatırladır. Bu da insanı pis və çirkin əməllərdən çəkindirir. Uca Allah buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.”
( əl-Ənkəbut surəsi, 45)
2. Şəhadətdən sonra ən əfzəl əməldir.
Şəhadət gətirib İslam dinini qəbul etdikdən sonra, namaz qılmaq ən əfzəl əməl sayılır. Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (s.a.s) soruşdum: “Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn ən yaxşı əməl hansıdır?” O buyurdu: “Vaxtlı-vaxtında qılınan namaz”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq.” Mən yenə soruşdum: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək.” (Buxari 7524, Muslim 85)
3. Səhvləri və günahları silib aparır.
Səhvsiz və günahsız insan yoxdur. Allahın bizə olan mərhəmətidir ki, qıldığımız namaz günahlarımızı silib aparır. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Bir deyin görüm, sizlərdən birinin qapısının önündən çay axsa, o da hər gün bu çayda beş dəfə yuyunsa, onun bədənində olan çirkabdan bir şey qalarmı? Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bu namazlarla günahları silib aparır!” (Buxari 1/197)
4. Namaz, onu qılan adam üçün həm bu dünyada, həm də axirətdə nurdur.
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) bir dəfə namaz haqqında danışarkən belə dedi: “Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar. Namazlara səhlənkar yanaşıb onları vaxtlı-vaxtında qılmazsa, bu onun üçün nə bir nur, nə də bir dəlil-sübut olar, üstəlik o, ziyana uğrayar. Belələri, Qiyamət günü Qarun, Firon, Haman və Ubey ibn Xələf ilə bərabər həşr olunarlar.” ( Əhməd 2-169 Dərimi 2-301)
5. Allah bununla namaz sahibinin dərəcəsini artırır.
Uca Allahın namazı kamil şəkildə qılan hər bir müsəlmanın dərəcəsini artırması və günahlarını silməsi həmin müsəlman üçün böyük lütfdür. Sovbən (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) ona demişdir: “Allaha çoxlu-çoxlu ibadət et! Qılacağın elə bir səcdə olmaz ki, Allah onunla sənin dərəcəni artırmasın və günahlarından birini silmiş olmasın.” ( Muslim 488)
6. Cənnətə daxil olmaq üçün ən böyük səbəbdir.
Sözsüz ki, namazın ən əsas fəziləti onun Cənnətə daxil olmaq üçün ən böyük səbəb olmasıdır. Uca Allah buyurur: “Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik”.
Ayədən açıq-aydın görünür ki, insanı Cənnətdən uzaqlaşdırıb Cəhənnəmə salan ən böyük amillərdən biri namaz qılmamaqdır.
7. Namaz qılmaq üçün məscidə getmək günahları silir və savabları artırır.
Ən vacib ibadət olan namazı qılmaq üçün məscidə tərəf atılan hər addım ilə bir günahın silinməsi və bir savabın yazılması bu ibadəti daha da fəzilətli edir. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Kim evində dəstəmaz alıb, vacib buyurulan namazı qılmaq məqsədi ilə məscidlərin birinə gedərsə, atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə savabını artırar.” (Muslim 666)
8. Allah, məscidə gedən bəndəsi üçün Cənnətdə ziyafət hazırlayar.
Məsciddə qılınan namaz Allah qatında daha fəzilətli olduğundan, Uca Allah qılınan hər namaz üçün Cənnətdə ziyafət hazırlayar. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurmuşdur: “Kim namaz qılmaq üçün məscidə getsə, Allah ona Cənnətdə ziyafət verər.” (Buxari 622 və Muslim 669)
9. İki namaz arasındakı günahlar bağışlanar.
İki namaz arasında olan müddətdə qazanılan kiçik günahların namaz vasitəsi ilə silinməsi onun fəzilətinə dəlalət edir. Osman ibn Affan (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Gözəl tərzdə dəstəmaz alıb namazını qılan elə bir müsəlman yoxdur ki, Allah onun namazları arasında olan günahlarını bağışlamış olmasın”. ( Muslim 227)
10. Namazı gözləmək Allah yolunda keşik çəkmək kimidir.
Allah qatında namazın fəziləti o qədər böyükdür ki, hətta növbəti namazı gözləməyin özü insana böyük savab qazandırır. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizə elə bir şey öyrədimmi ki, Allah onun sayəsində həm günahlarınızı bağışlasın, həm də savabınızı artırsın? Səhabələr: “Öyrət, ya Rəsulallah!” - dedilər. Peyğəmbər (s.a.s) buyurdu: “Soyuq havada olsa belə dəstəmazı tam şəkildə alıb mütəmadi olaraq məscidə getmək, namazı bitirdikdən sonra növbəti namazı gözləmək, sizin üçün ribatdır.”
(Muslim 251)
Hədisdə qeyd olunmuş “ribat” kəlməsi Allah yolunda keşik çəkmək deməkdir.
Namaz qılmayanın aqibəti
Yaradılış etibarı ilə fitrətində ibadət etmək hissi olan Adəm oğlu təəssüf ki, çox vaxt şeytanın vəsvəsələrinə, dünyanın yalançı və müvəqqəti bər-bəzəyinə, öz nəfsi və şəhvani istəklərinə uyub ibadətin qəlbi olan namazdan özünü məhrum edir. Nə itirdiyinin, hansı yolda olduğunun fərqinə varmır. Ayılanda isə artıq gec olur. Geriyə yol olmadığını dərk edir. Əsl həqiqətlə üz-üzə, göz-gözə qalır. Nə qaçacaq bir yer, nə də bir sığınacaq tapa bilmir. Yalnız ölümü daddıqdan sonra başlayan axirət həyatının əbədi sakinlərindən biri olur. Ancaq axirət həyatını bu müvəqqəti həyata dəyişdiyinin acısını hiss edərək yenidən dünyaya dönmək, imtahandan üzüağ çıxmaq üçün yalvarır. Uca Allah onların halını vəsf edərək deyir: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm” ( əl-Muminun surəsi , 99-100) Bir başqa ayədə isə buyurur: “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" (əl-Furqan, 27, 28)
Lakin bu həyat hər birimizə bir dəfə verilir. Anadan olduğumuz gündən sanki geriyə sayım başlayır. Hər açılan sabahla öz əbədi həyatımıza bir addım daha yaxınlaşırıq. Odur ki, Uca Allahın bu ayəsini daim xatırlayın və düşünün: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə endirilən ən gözəl Sözə tabe olun!” (əz-Zumər, 53-55)
Deməli ilk sorğuya çəkiləcəyimiz ibadət olan namazı bir gün olsun belə ləngitmədən qılmalı onun fəzilətindən özümüzü məhrum etməməliyik. Əks halda vəziyyətimiz çox acınacaqlı olar. Allah bu haqda belə buyurur: “Baldır açılacağı və onlar səcdəyə dəvət olunacaqları, lakin buna qadir olmayacaqları gün – onların gözləri zəlil görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada sağ-salamat ikən səcdəyə dəvət olunurdular.” (əl-Qələm surəsi, 42, 43)
Həmçinin yalnız namaz qılmaqla kifayətlənməli deyil, Allahın razı qalacağı yaxşı əməlləri çoxaltmalıyıq. Haqq-hesab gününü bir an olsun unutmamalı, ona səmimi qəlbdən iman gətirməliyik. Qurani-Kərimdə belə buyurulur: “Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab gününü yalan sayardıq.” (əl-Muddəssir surəsi, 38-46)
Çox acınacaqlı bir haldır ki, bəzən cəmiyyətimizdə namaz qılmağa başlayıb sonra onu müxtəlif bəhanələri səbəb gətirərək tərk edənlərə də rast gəlirik. Nə qədər ki, Allahın tövbə qapıları onlara açıqdır, deməli gec deyil. Tərk etdikləri bu gözəl ibadətə tövbə edib yenidən qovuşmaqla həm dünyanı, həm də axirəti qazana bilərlər. Uca Allah buyurur: “Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar” (Məryəm surəsi, 59)
Namaz qılmayan insanların Quran ayələrində təsvir edilən aqibətlərini heç kim arzulamaz. Ona görə də nə qədər ibadət etməyə fürsətimiz var, ondan istifadə etməliyik. Bir günü belə boş-boşuna keçirmək olmaz. Əli ibn Əbu Talib (r.a) öz tələbələrinə həmişə nəsihət edib deyərdi: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı olan adamlar) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün bir iş görürsünüz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir iş görə bilməyəcəksiniz." (Camiul-Ulum vəl Hikəm, ibn Rəcəb.)
Ölümün nə zaman gələcəyi bəlli deyil. Dünya həyatının aldadıcı gözəlliyinə əbədi həyatımızı qurban verməyə dəyməz. İbadətlərin ən önəmlisi olan namazı sevək və yerinə yetirək ki, o da öz fəziləti ilə bizlərə axirətdə sevinənlərdən olmağımıza bir vasitə olsun.
Sonda Uca Allahdan istəyimiz budur ki, bizi Öz sevdiyi və razı qaldığı əməlləri yerinə yetirməyə müvəffəq etsin! Amin!!!

NAMAZ BAŞQA BİR HƏYATDIR
Bismilləhir-rəhmanir-rəhim.
Fatihə
Fatihənin namazda böyük əhəmiyyəti olduğu kimi, namazın da başqa fərzlər arasında çox mühüm yeri var.
Namazda həyat deyiləndə, namaz qılınan vaxt, müddət, yer deyil, namaz əda olunarkən qəlbin və ruhun yaşadığı həyat nəzərdə tutulur. Həqiqətdə insanın həyatı onun cəsədinin yaşadığı deyil,–necəki bu bütün heyvanlardadır –onun qəlbinin imanla, Allahı tanımaqla və əqidəsi ilə yaşadığı həyatdır. Allahu Təala insanın qəlbini imanla dirildir, zülmətdən çıxarıb nura və hidayətə yönəldir.
Allahu Təala buyurub: ((Ey iman gətirənlər, Allahın və Rəsulunun, sizi yaşadan və həyat verən dəvətinə cavab verin, qəbul edin.)) (əl-Ənfal, 24)
Namazda qəlbin və ruhun yaşadığı həyat başqa olur. Həmçinin Allahu Təala namaz zamanı bəndənin qəlbinə baxar. Rüku, səcdə və qiyam kimi xarici hərəkətlər isə məhz qəlbin yaşadığı anların zahiri görünüşüdür. Bu zaman qəlbdə Allahın əzəməti, heybəti və tam mütilik olur.
Namazda həyat dedikdə, namazın hökümləri onun şərtləri, onu batil edən şeylər nəzərdə tutulmur. Bunları xüsusi fiqh kitablarından tapmaq mümkündür. Namazda qəlb və ruh qidalanır, buna bizim böyük ehtiyacımız var, hansı ki, cəsədlərimiz qidalanaraq bütün vaxtlarımızı məşğul edib. Peyğəmbərimiz (s.a.s.) kimi biz də namazda ruhumuzun səadətini, qəlbimizin fərəhini və itaətin ləzzətini hiss etməliyik. Namazın girişini sevinc və səbirsizliklə gözləməliyik.Peyğəmbərimiz (s.a.s.) buyurub ki, “Gözümün sevincini namazda etdim” Başqa bir hədisdə də buyurub ki, “Namazla bizi rahat et, ey Bilal”.
Həqiqətən namazda qəlbimizi və ruhumuzu yaşatmağa çox ehtiyacımız var.Çoxlarımız namazda bu ali hissləri və yüksək məqamları yaşaya bilmirik. Çünki namazı, boynumuzda qalan bir iş kimi ağırlıqla yerinə yetiririk ki, tez bitirib rahat olaq.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Allaha ibadət
Allaha ibadət yaradılışımızın məqsədi və həyatımızın ən əsas qayəsidir.Allahu Təalə buyurur ki; “Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım”. (əz-Zariyat, 56). Bəs onda biz buna necə laqeyd və başı soyuq yanaşa bilərik?!Bundan bir şey əksildib və ya özümüzdən bir şey artıra bilərikmi?! Allahu Təala ehtiyacı olduğu üçün bizə ibadəti vacib etməyib, əksinə ibadətin bizə xeyri var ki, bizə təqvalı olmağa, günahlardan və rəzilliklərdən çəkinməyə kömək edir. Allahın rizasını qazanıb, cəhənnəmdən qurtulub cənnətə girməyə kömək edir.
Allahu Təala buyurur: “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Bəlkə bununla təqvalı olasınız.” (əl-Bəqərə, 21).
Əslində biz həyatımızı ibadətə həsr etsək, bizə verilən bütün nemətləri yalnız Allahın itaətinə sərf etsək, hətta ömrümüz boyu səcdədə də qalsaq, Allahın bizə verdiyi bir nemətin şükrünü layiqincə edə bilmərik. “Allahın nemətlərini saysanız, sayıb qurtara bilmərsiniz. Həqiqətən insan zalım və nankordur.” (ən-Nəhl, 18).
İbadət dedikdə çoxlarının zehninə fərzlər gəlir, namaz, zəkat, oruc və həcc. Halbuki, Allahu Təala buyurur ki: “Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.” (əz-Zariyat, 56).
Deməli bütün həyatımızı ibadətlə keçirməliyik. Namaz oruc zəkat və həcc isə ömrümüzün çox cüzi bir hissəsini təşkil edir. İslamı həqiqi sürətində yaşasaq, bütün həyatı boyu ibadət etmiş olarıq. Fərzlərdən əlavə xeyir işlər görmək və ya gördürmək, pis işlərdən çəkindirmək, dinə dəvət etmək, yaşamaq və ibadətə davam etmək üçün yemək-içmək, halal qazanmaq üçün işləmək, ailə qurmaq və sairə kimi həyatımızda baş verən bütün işləri Allahın rizası üçün niyyət etsək, ibadət sayılar. Lakin ibadəti tamam və dolğun şəkildə həyata keçirməliyik. Bunun üçün bütün işlərimizi dəqiq əksiksiz və sonuna qədər görməliyik.Bilməliyik və hiss etməliyik ki, Allahu Təala həmişə bizi görür və hər bir əməlimizdən xəbərdardır. Namazı dəqiq, qərəzsiz və tamam şəkildə qılmaq isə ən başlıca ibadətlərimizdən və işlərimizdən olmalıdır. Peyğəmbərimiz (s.a.s) buyurub ki; “Ehsan (bir şeyi gözəl etmək) odur ki, sən Allahı görürsən kimi ibadət edəsən, sən Onu görməsən də O səni görür.”

Namazın dəyəri və onun yeri
Namaz dinin dirəyidir və ən yüksək dəyərlərindəndir. Namazın dindəki yeri, başın bədəndəki yeri kimidir. Namaz müsəlmanı kafirdən ayıran bir amildir. Namaz imanı artıran, qulun Rəbbiylə əlaqəsini saxlayan, ruhu sakitləşdirən və nicat yoludur.
Xatırlayaq ki, namaz, İsra və Merac gecəsi fərz buyurulub. Bu da namazın xüsusi əhəmiyyət daşımasına kifayətdir. Hər namazda sanki ruhlarımız İsra və Merac gecəsindəki kimi Rəbbimizin yanına gedir. Ancaq bunu hiss etmək və bu hissin ləzzətini yaşamaq hər adama nəsib olmur. Bunun üçün biz namazın əhəmiyyətini dərk etməliyik. Allahu Təala bizə namaz qılmağı bir çox ayələrdə əmr edib.
“Namazları (vaxtında qılmağa) mühafizə edin və (xüsusilə də) orta namazı”. (əl-Bəqərə, 238)
“Namaz qılın və zəkat verin”. (əl-Bəqərə, 43)
“Həqiqətən namaz möminlər üçün vaxtı dəqiqləşdirilmiş bir əmrdir”. (ən-Nisa, 103)
“O kimlərə ki, yer üzündə imkan yaratdıqda namaz qılarlar.”
Peyğəmbərimizin (s.a.s) hədislərinə gəldikdə isə, namazın əhəmiyyətini bildirən hədislərə çox rast gəlmək olar.
İbn Məsuddan (r.a) rəvayət olunduğuna görə deyir ki, Rəsulullahdan (s.a.s) soruşdum ki, əməllərin ən fəzilətlisi hansıdır? Dedi; “Namazı vaxtında qılmaq”. Dedim sonra hansı? Dedi: “Valideynlərə yaxşılıq etmək” Dedim sonra hansı? Dedi: “Allah yolunda cihad etmək” (Muttəfəqun aleyh).
Cabir bin Abdullahdan (r.a) rəvayət olunur ki, Rəsulullah (s.a.s) buyurub ki; “Kişiylə (bir kəslə) küfr və ya şirkin arasında duran, namazı tərk etməkdir.”

Namaz ruhun qidası və nəfsin tərbiyəsidir
Namazda insan Allaha sığınır, Ondan köməyini istəyir və doğru yola yönəlməsi üçün Ondan hidayət diləyir. Allahu Təaladır kərəm sahibi və hər şeyin maliki. Namaz qılanın istəyinə görə ona hidayət nurlarını yönəldir, rəhmətini və sükunətini onun üzərinə nazil edir. Tam mütilik və xuşu ilə qılınan namaz Allaha həqiqi ibadət olur və bununla insan tam Allaha əyilməyi bacarır və namazını xalis Allah üçün qılır.
Həqiqətdə namaz nəfsi saflaşdıran, əxlaqı gözəlləşdirən, ruhu və mənəviyyatı daim yeniləyən ən gözəl vasitədir. Namaz insanı doğru yolda saxlayan, yaralarına məlhəm, qorxusunu yox edən, zəifliyini unutduran və zalimlərdən uzaq edən bir amildir.
Allahu Təala buyurur ki; "Ey iman gətirənlər, səbr və namazla Allaha dayanın. Həqiqətən Allah səbr edənlərlədir." (əl-Bəqərə, 45)Həqiqətən Peyğəmbər də (s.a.s) bir darlığa düşərkən və işləri çətinləşərkən namaza yönələrdi. Çünki xüşu ilə etdiyi rüku və səcdəsində Allaha yaxın olar, yıxılmaz bir dayağa söykəndiyini hiss edər, tam təslim olaraq güvənlik içində olardı. Bəlaya səbr edib, qədərə razı qalmaq insanda Allaha qarşı ümidləri heç bir zaman söndürmür.
Dünya həyatı insanın gözlərini örtmüş, maddiyətlər onun marağını yalnız özündə cəmləmiş və insanın mənəviyyatı tamamilə çökmüşdür. Bu zaman namaz nəfsi çirkinliklərdən təmizlər, onu paklaşdırar və maddi həyatın ona verdiyi pis sifətlərdən saflaşdırar.
Namaz qılandan sonra insan hiss edir ki, bir az əvvəl Allahu Təalanın hüzurunda idi və bir müddət sonra o biri namazı qılacaq, yenə Allahu Təalanın hüzuruna gələcək. Hər namazda o, Allahu Təaladan onu düzgün yola yönəltməsini istəyir. Beləcə insan namazdan namaza, Allahu Təala ilə ünsiyyətdə olur. Günah iş görmək və ya çirkin əməllərə əl atmaq onun ağlına gəlmir. Bir namazdan sonra günah edib, o biri namaza necə gedə bilər?! İki namazın arasında Allahu Təalanı necə unutmaq olar?!
Kim namazı vaxtı vaxtında qılmağa davam edərsə və sidq ürəklə Allaha yönələrsə, istər-istəməz dünya işləri və maddi həyat onu məşğul etməz, fikrini yayındırmaz, axirəti unutdurmaz. Beləcə insan dünya fitnələrinə və mal-dövlətə meyl edən nəfsinə üstün gələ bilir. ((Kişilər (bəzi insanlar) var ki, ticarətləri və alqı-satqıları onları Allahın zikrindən, namazdan və zəkat verməkdən çəkindirməz. Onlar qəlblərin və nəzərlərin çevriləcəyi bir (qiyamət) gündən qorxurlar.))
Namaz insana tərbiyəvi yöndən də təsir göstərir. Namaz qılanda insan təsəvvür edir ki, dünyanın hər bir tərəfində namaz qılanlar birdir və hamı tək Allaha yönəlib, bir qibləyə üz tutub namaz qılır. Həmçinin bir kənddə, qəsəbədə və ya məhəllədə bir məscidə yığılan müsəlmanlar birliyi hiss edirlər. Namazı dəqiq olaraq vaxtında qılmağa və bir namazdan sonra o biri namazı gözləməyə adət etmiş müsəlman, başqa işlərində və vaxtlarında da dəqiq olur. Heç bir şeyin vaxtını itirmir, eləcə də Rəbbi ilə görüşəcəyi vaxtı heç bir dünya əməli ona unutdura bilmir. Bir sırada o biri namaz qılanlarla yan-yana sıx və bir imamın arxasında dayanan müsəlman, nizam intizamı öyrənir. İmamın arxasında imama uyaraq və onu keçməmək şərtilə namazı axıra qədər qılanda, müsəlman əmrə tabe olmağı və heç bir zaman əmirin əmrindən çıxmamağı adət edir. Həmçinin fikir versək, eyni sırada namaz qılanlardan yoxsul və zəngin, böyük və kiçik, nazir və məmuru da olur. Onlar hamısı fərq qoyulmadan yan-yana eyni sırada durub namaz qılırlar. Bununla müsəlmanlar birliyi dərk edir və ayrı seçkiliyə nifrət edirlər. Ən sonunda isə xatırlatmaq olar ki, namaz qılmağın sağlamlıq baxımından həddindən çox faydası vardır. Namaz qılarkən hərəkətlərin bədənə olan xeyri haqqında kitablar və məqalələr yazılıb. Bəlkə də bədən üçün ən gözəl idman növüdür.

Şəriət müsəlmanlara namaz qılmağı yüngülləşdirib
Allahu Təala öz mərhəməti ilə bizlərə namaz qılmağı daim və hər an yüngülləşdirib ki, bizim ehtiyac duyduğumuz namazdakı xeyirdən məhrum qalmayaq. Namaz bizi doğru yola yönəldir, həyatımızı düzənliyir və həmçinin Allahın rizasını əldə etməyə kömək edir.
Məsciddə namaz qılmaq əmr olunsa da, Allahu Təala bizlərə hər yerdə namaz qılmağa icazə verib, əgər həmin yer təmizdirsə.
Halımızı daha yaxşı bilən yaradan O Uca Allah, səfərdə və ya xəstə olarkən də, namazdan məhrum olmayaq deyə, bizim üçün namazı yüngülləşdirib. Səfərdə olarkən namazları qısaldıb və iki namazı birləşdirib qılmaq olar. Xəstə olanda tərpənmək mümkün deyilsə oturub və ya uzanaraq namaz qılmağa da icazə verib bizə Allahu Təala. Hətta müharibə və savaş halında da namazdan məhrum qalmayaq deyə Allahu Təala bizə qorxu namazını buyurub. Bir dəstə namaz qılanda, o biri dəstə onları qorumalı, sonra yerlərini dəyişərək namazlarını qılmalıdırlar.
Namaza hazırlaşmaq üçün olan təharət və təmizlik şərtlərində də şəriət bizə yüngül yollar göstərib. Su olmayanda, xəstə halında və ya suyu əldə etmək çətin olanda təyəmmüm etməyi, soyuq havada, çətinlikdə və ya səfərdə olarkən ayaqlara üstən məsh (əl) çəkməyi şəriət bizə buyurub ki, namazı vaxtında qılaq və onu tərk etməyək. Yalnız aybaşı, qan axması olanlara, az yaşlı uşaqlara və ağlı olmayan dəlilərə namaz qılmaq əmr olunmayıb.
Bütün bu şərtlər və yüngülləşdirici yollar onun üçündür ki, müsəlmanlar namazın xeyrindən və faydasından məhrum qalmasınlar. Çünki bizlərin namaza böyük ehtiyacı var, amma aləmlərin rəbbi olan Allahın bizim namaz heç zərrə qədər də ehtiyacı yoxdur.

İnsanlarda namaza olan əhəmiyyət
Müşahidə etmək olar ki, müsəlmanlar arasında namaz qılmağa, namaza hazırlaşmağa və onu vaxtında əda etməyə müxtəlif fərqlər vardır. Buna hərə bir cür yanaşır və hərə bir cür əhəmiyyət göstərir. Kimisə namazı ağır sayır və rükətlərini çox görür, sanki belində olan ağır bir yükdür, mütləq daşımalıdır. Bunlar yəhudi və xristianlara bənzəyirlər ki, gündə və ya həftədə bir dəfə namaz qılmaq istəyirlər. Namaz Allahın insanlara göndərdiyi zülm və ağırlıq deyil və namaza bu cür yanaşmaq böyük bir səhvdir. Çünki Allahu Təala bizə namazı ona görə fərz edib ki, namazda bizim özümüzə xeyir var və namazı həqiqəti ilə dərk edən namazın insanın dünya və axirət həyatına olan xeyrini də dərk edir. İnsan daim şeytanla savaşda, xeyir və şərlə mübarizədədir. Gecə və gündüz paylanılan namaz vaxtları isə, insana ruhi taqət verən stansiyalar kimidir. Hər şeyi bilən Hikmətli Rəbbimiz, nəfsimizə ən sağlam şəkildə təsir edən vasitəni, namazı əmr edib. Namazı isə lazım olan vaxtında qılmaq lazımdır ki, bizi əyrilikdən və fitnələrdən qorusun, düzgün yoldan azmağa qoymasın. Hər namazdan sonra şeytan bizi düzgün yoldan çıxarmağa çalışsa da, ondan sonrakı namaz bizi yenıdən yolumuza döndərir. Amma kim ki, namazın vaxtında yatır, ya namazını vaxtında qılmırsa, yaxud namazını tam mütilik və düzgün şəkildə əda etmirsə, fikri namazda olmursa, qəlbi müxtəlif şeylər fikirləşirsə şeytan həmin şəxsi tədricən, yavaş-yavaş yoldan çəkindirir və onu yoldan çıxarır. Həmin insana isə Allahu Təala rəhm etməsə, artıq yoluna heç cür dönə bilmir.
Oturub dərindən götür qoy etsək görərik ki, gündəlik namaz vaxtlarımız günün heç onda birini təşkil etmir. Şeytan bizə elə təsəvvür etdirir ki, hətta o vaxtlar da bizə çox gəlir və namaz qılmaq bizə ağır olur.
Həqiqətdə isə, namazda olan həyatı yaşayan, namazın ləzzətini hiss edən, itaət və ibadətin dadını bilən, imanın şirinliyini yaşayan şəxs namazı ağır hiss etmir və onu çox görmür. Əslində namaz üçün darıxır, bir namazdan sonra o biri namazın vaxtını səbirsizliklə gözləyir ki, İlahinin hüzurunda və qarşısında durmaq xoşbəxtliyinə dəfələrcə nail ola bilsin.
Çox təəssüf də olsa qeyd etməliyik ki, namazı ağır saymaq, onu çox görmək və ona tənbəlliklə yanaşmaq münafiqlərin sifətlərindəndir. Allah bizi bu sifətlərdən qorusun. ((Həqiqətən münafiqlər Allahı aldadırlar, amma O onları aldadır. Onlar (münafiqlər) namaza qalxdıqda tənbəlliklə qalxarlar, (özlərini insanlara göstərərlər) riya edərlər, Allah çox az zikr edərlər.))
Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Rəsulullah (s.a.s) belə buyurub; “Münafiqlərə Sabah və İşa namazından daha ağır namaz yoxdur. Onlar bilsəydilər bu iki namazda hansı xeyir var, iməkliyi-iməkliyə gələrdilər.” ((Muttəfəqun aleyh)
Şeytan insanları namazdan çəkindirmək və namazı insanlara ağır hiss etdirmək üçün əlindən gələni edir, insanlara müxtəlif yöndən axmaq səbəblər gətirir. Yaxud da namazda onların fikrini dağıtmaq üçün zehnlərini başqa işlərlə məşğul edir. Bəzi insanlar da namaz qılanlara lağ edər, onların namaz qılmağına gülərlər və istehza edərlər. Hansı ki, bu insanların halı qiyamət günü Allahu Təalanın buyurduğu kimi olacaq: ((Hər kəs öz əməlinin girovudur (öz əməlinin əvəzini alacaqdır). Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətdədirlər. Bir-birindən günahkarlar barədə soruşacaqlar; “Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər; “Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtməzdik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan sayardıq, ölüm bizi haqlayana qədər. Şəfaət edənlərin şəfaəti onlara fayda verməz.)) (Əl-Muddəssir)

Namaz boyu qəlbin iştirak etməsi
1- Namazdakı həyatı tam qəlbimizlə yaşamağa kömək edən amillərdən ən başlıcası, Allahın əzəmətini, cəlalını və Onun hüzurunda durmağı hiss etməkdir. Eyni zamanda öz zəifliyimizi, naqisliyimizi, acizliyimizi və təqsirimizi hiss etmək də vacibdir. Bununla bir yerdə Allahın rəhmət və məğfirətini rica etməliyik. Bu mənalar nə qədər qəlbin dərinliklərinə yerləşərsə, bütün bədən buna tabe olar və əzalarımız tam mütilik içində namazı əda edər. Bu hisslərlə yanaşı biz namazda dediyimiz sözləri və oxuduqlarımızı diqqətlə tələffüz etməliyik, həmçinin imamın oxuduqlarını diqqətlə dinləməliyik, mənalarını dərindən dərk edib, hiss etməliyik.
2- Namaza başlayarkən təkbir gətirməzdən əvvəl namaz qılan bir anlıq xatırlasın ki, Allahu Təala onun bu anda qəlbində olanı, onun sirrini və gizlətdiyini bilir. Elə isə heç olmazsa namaza başlayanda yalandan təkbir gətirməsin. “Allahu Əkbər” Allah hər şeydən böyükdür deyib, fikrində və zehnində başqa şeyləri düşünərək namaza başlayırsa, dediklərini yalandan iddia etmiş olur. Dil tələffüz etsə də, qəlb və zehn bunu təsdiq etmir.
3- Misal üçün desək ki, bir şəxs müdürünün, direktorunun və ya böyük bir adamın hüzuruna girsə, ağlı, fikri, gözü, qulağı və bütün bədəni ilə ona tərəf təvəccüh edər və tam diqqətiylə ona yönələr ki, onun söylədiyi bir sözü keçirməsin və ya etdiyi heç bir hərəkətdən yayınmasın. Bu böyük adamın mükafatını gözləyər və ya onun qəzəbinə səbəb olacaq hər bir şeydən çəkinər. Bu görüşdən çıxandan sonra ondan ətrafında olanlar, yanına girib çıxanlar və ya zalda olan əşyalar haqqında soruşsan, bəlkə də heç bir şey xatırlamaz. Həmçinin başqa bir adam böyük bir şəxsin hüzurunda olsa və ona əhəmiyyət verməsə, diqqətli olmasa, həmin böyük şəxs buna necə qiymət verər? Bəs aləmlərin rəbbi, hər şeyi yaradan və hər şeyin sahibi Allahu Təalanın hüzurunda dayanarkən insanın halı necə olmalıdır?!
4- Namaz qılarkən gözlərimizi, qulaqlarımızı və fikrimizi yayındıran səbəblərdən uzaq olmalıyıq. Bunun üçündə namazımız üçün ən sakit və sadə yeri seçməliyik. Həmin yerdə çox bər-bəzək, naxış və əşyalar olmaması da məsləhət görülür. Buna görə də, divara yaxın namaz qılmaq daha çox bəyənilir ki, namaz qılanın qarşısında onun fikrini yayındıran amillər olmasın. Həmçinin yemək gətirilən zaman və ya süfrədə olan zaman namaz qılmaq bəyənilmir, çünki namaz qılanın fikri yeməkdə ola bilər və namazını tez bitirməyə tələsər. Ayaq yoluna getməyə ehtiyac duyarsa, bunları etdikdən sonra namaz qılınmalıdır, özünü sıxıb saxlayaraq namaz qılmaq bəyənilmir.
5- Namazı tam xüşu ilə qılmağa kömək edən amillərdən biri də namazda oxunan sözlərə diqqət etmək və həmin sözlərin mənasını düşünməkdir. Məsələn, imam oxuyarkən onun tələffüz etdiyi hər bir sözü diqqətlə anlamaq və mənasını dərk etmək lazımdır. Namazda hər təkbir, təsbeh, həmd və duaları hiss edərək tələffüz etmək gərəkdir.
6- Allahu Təala şərabı haram etməzdən əvvəl, şərab içib ağlını itirənlərə namaza yaxın durmağı ona görə qadağan etmişdir ki, onlar namazda oxuduqlarını anlamırdılar. Deməli namaz qılarkən oxunan sözlərin bir-bir mənası dərk edilməlidir. Mənası bilinməsə belə, heç olmasa hər sözü açıq-aydın tələffüz etmək lazımdır. Təəssüf ki, indiki zamanda içməsələr də, namazlarında nə dediklərini bilməyərək namaz qılanlar çoxdur.
7- Namaz qılan dərk etməlidir ki, tam qəlbin dərinliyindən namaz qılarkən, bu şeytana ağır təsir edir və onu yandırır. Şeytan hər cür hiyləyə əl atır ki, onu necə namaz qıldığını hiss etməkdən çəkindirsin.
8- Namaz qılan şəxs axirət həyatına daha böyük əhəmiyyət verməlidir ki, dünya həyatına verdiyi önəm onu namazda çox çaşdırmasın. Çünki insan nəyə daha çox əhəmiyyət verərsə, həmin şey onun fikrini və qəlbini daha çox məşğul edər. Deməli namaz qılarkən sənin fikrin daha çox namazda və ya namaz xarici bir şeydə olarsa, bununla sən nəyə daha çox maraq və əhəmiyyət göstərdiyini anlaya bilərsən. Amma bilin ki, namazı tam dəqiqliyi ilə qılmaq, axirət həyatında bizə xoşbəxtlik bəxş edəcək. Elə isə dünyaya verdiyimiz əhəmiyyətdən bir azca çoxunu axirət həyatımıza verək.

Təharət
Məlum məsələdir ki, namazın düzgün sayılması üçün bədən, paltar və məkanın təmiz sayılması şərtdir. Paltar bədənin övrət hissələrini örtməlidir. Bundan əlavə bir çox şərtlər var. Lakin bu mövzuda biz həmin şərtləri sadalamayacağıq. Burada bizi maraqlandıran, qəlbə həyat verən ruhi və mənəvi təmizlikdir.
Əlbəttə dəstəmazsız, geyimimiz natəmiz və namaz qıldığımız yer pak olmazsa, namazda durmaq bizə yaraşmaz. Adi bir məsul şəxs və ya müdürün yanına gedəndə belə zahiri görünüşümüzün gözəl olmasına diqqət edirik. Aləmlərin Rəbbi olan Allahın qarşısına çıxanda isə buna daha çox əhəmiyyət verməliyik.
Həqiqətən bədəni, paltarı və yeri daim təmiz və pak saxlamaq insana xüsusi zövq və gözəllik bəxş edir. Pisliklərə və çirkinliklərə qarşı insanda nifrət oyadır. Belə olmayan insan isə çirkinliklərdən qoruna bilmir və bu xüsusiyyət onun əxlaqına da mənfi təsir göstərir.
Müsəlman gündə 5 vaxt namaz qılaraq bu cür təmizliyin üslubuna vərdiş edir, daim təmiz və pak qalır. Təsəvvür edin ki, namaz qılmaq üçün şəriətdə bu cür təmizlik şərtləri olmasaydı, namaz qılanların halı və zahiri necə olardı?! Namaz qılanlarla qılmayanları zahirən fərqləndirmək mümkün olmazdı.
Zahiri təmizliklə bərabər daxili və batini təmizlik də gərəkdir. Hətta daxili təmizlik daha əhəmiyyətli sayılır. Ürəyin sağlamlığı, qəlbin təmizliyi və nəfsin şərlərdən uzaq olması Allahu Təalanın hüzurunda duracaq bəndəyə lazım olan ən əsas amillərdəndir. Allahu Təala qəlblərdəki bütün gizli və örtülü olan şeyləri bilir.
Paltarı və bədəni təmiz, namaz qıldığı yer pak amma ürəyində kin-küdurət və riya olan müsəlman Allahın qarşısında necə namaz dura bilər?!
Təsəvvür et ki, namazda durmusan amma daxilindən bir səs deyir ki; Ey Rəbbim! Sən və Rəsulun dəfələrlə, qiybət etməkdən, söz gəzdirməkdən, təkəbbürlü olmaqdan və bunun kimi pis əməllərdən məni çəkindirsəniz də mən bunu yerinə yetirmirəm, hələ də o pis əməllərdən əl çəkə bilmirəm. Mən Sənin və Rəsulunun əmrinə qarşı çıxıram.
Bunu sən açıq-aydın dilinlə demirsən, amma halın və həqiqi vəziyyətin bunu belə göstərir. Bəs belə olaraq Allahu Təalanın qarşısında durmağı özünə necə sığışdırırsan?!
Ey müsəlman! Namaza gəlməmişdən əvvəl özünü dərindən yoxla, əgər bunun kimi çirkin günahlar sənin daxilindən təmizlənməyibsə, gecikmədən tövbə et, Allahdan əfv dilə və etdiyin əməllərdən çəkinməyə çalış.
Beləcə müsəlman hər namazdan əvvəl bir anlıq özünü yoxlasa və daxilindəki xəstəlikləri aradan qaldırsa, buna adət edərək içindəki çirkin xəstəliklərdən tamam qurtula bilər. Qəlb daim təmiz və sinə həmişə pak olar. Bu cür xəstəliklərə rast gəlsə belə artıq onlara qarşı nifrət oyanar.
Namazda övrət və pis yerləri örtmək də əsas şərtlərdəndir. Lakin daxili övrətləri və pislikləri örtmək, zahiri pislikləri örtməkdən daha önəmlidir. Daxili övrəti isə başqalarından örtmək olsa da Allahdan gizlətmək mümkün deyil. Allahdır insanın daxili övrətlərini başqalarından gizlədən. ((Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir.)) (Taha, 7). Daxili pisliklərimizi gizlədə bilmədiyimiz üçün Allahdan həya etməliyik, əfv diləməliyik, etdiklərimizə peşman olmalıyıq və əməllərimizdən tövbə etməliyik. Beləcə biz daxili eyblərimizdən tədricən təmizlənə bilərik.
Dəstəmaz alarkən sən, əlinin, üzünün, ayaqlarının çirkini təmizləyirsən. Amma elə bilirsən ki, gözlərini baxdığı günahlardan, qulaqlarını dinlədiyi pisliklərdən, dilini tələffüz etdiyi nəlayiq sözlərdən təmizləməyincə Allah səndən bu dəstəmazı qəbul edəcək?! Əllərinlə, ayağınla batdığın günahlardan, yeyib-içdiyin haramlardan və insanlara verdiyin əziyyətlərdən qurtulmayınca sənin dəstəmazın nə fayda verər?! Bədən üzvlərini yumazdan əvvəl bu günahlardan təmizləmək lazımdır. Bədən üzvlərini böyük günahlardan çəkindirə bildinsə, Allahu Təala dəstəmaz vasitəsilə sənin kiçik günahlarını təmizləyər.
Osman bin Affandan (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur; “Kim dəstəmaz alarsa və dəstəmazını gözəl şəkildə tamamlayarsa, onun xətaları bədənindən tökülüb ta dırnaqlarının altından çıxar.”
Ömər bin əl-Xəttabdan (r.a) rəvayət olunur ki, Rəsulullah (s.a.s) belə buyurub; “Sizdən biriniz dəstəmaz alar, dəstəmazını tamamlayar və (Əşhədu ən lə iləhə illəllah vahdəhu lə şərikə ləhu və əşhədu ənnə muhəmmədən abduhu və rəsuluhu) deyərsə, 8 cənnətin qapıları onun üçün açılar, hansından istəyərsə daxil ola bilər.”
Dəstəmaz, onun bədəni günahlardan təmizləməsi və dəstəmazın yüksək fəziləti haqqında çox hədislər var. Dəstəmazdan əvvəl ayaq yoluna getmək, bunun ədəbləri və çirkinlikdən düzgün formada təmizlənməyə aid də hədislər var. Biz beləcə görürük ki, Peyğəmbərimiz (s.a.s) bizə hər bir şeyi xırdalığı ilə aydınlaşdırır və öyrədir.
Əlbəttə daxili və mənəvi təmizliklə yanaşı dəstəmazın zahiri faydaları da var. Dəstəmaz almaqla insan gündə 5 dəfə bədəninin əsas üzvərini təmizləyir və xəstəliklərdən uzaq olur. Lakin bizim əsas məqsədimiz, dəstəmaz almaqla yalnız xarici təmizliyi deyil, mənəvi təmizliyimizi də hiss etməkdir. Dərimizdəki natəmizlikləri bir-bir yumaqla, daxilimizdəki çirkinliklərdən də bir-bir təmizlənək. Dəstəmaz almaqla Allahdan bağışlanma diləyək, günahlarımızdan tövbə edək və etdiklərimizə görə daim peşmançılıq hissi keçirək. Bütün bunları həyata keçirərək sonra məscidə üz tutub Allahın hüzuruna gedərək Allahın sevgisini qazana bilərik. Allahu Təala Qurani Kərimdə buyurur ki; ((Həqiqətən Allah tövbə edənləri və təmizlənənləri sevir.))

TƏRK EDİLMİŞ MÜKAFAT - GECƏ NAMAZI.
Bismilləhir-Rahmənir-Rahim
Əgər bilsən ki, ölkə başçısı filan şəhərə və ya kəndə ziyarətə gələcək, bir-bir hamımın müraciətini dinləyəcək, problemlərini həll edəcək və istəklərini həyata keçirəcək, həmin anda şəxsən sən özün nə edərdin?!Əlbəttə sən də hamı kimi həmin gecəni yata bilməzdin. Hamı həmin gün tam hazırlıqlı, gözəl geyinmiş, ətirlənmiş, bir əlində hədiyyə, digər əlində istəklər yazılmış kağızlar tutacaq. Kimisi iş istəyəcək, kimisi kömək, kimisi dəstək, kimisi rüsum və vergilərdən azad olmaq üçün xahiş edəcək və bu kimi başqa diləklərdə buluncaq. Əlbəttə hamının arzuvə xahişləri olacaq. Görəcəksən ki, ona yaxınlaşmaq üçün hərə bir yol axtaracaq.
Onun təvazökarlıq edib sənin kimi insanları ziyarətə gəldiyinə görə bunu heç bir zaman unutmayacaqsan. Hələ o səndən razı qalsa və sənə nə isə vəd etsə, gördüyün hər şəxsə bunu danışacaqsan. Onun sadəcə səninlə danışdığına görə bunu böyük bir şey sayacaqsan və əvəz olunmaz bir yaxşılıq kimi qəbul edəcəksən. Halbuki, bütün bunlar bir insanla sənin aranda baş verən haldır. Allah qatında sənlə onun arasında heç bir fərq yoxdur, o hakim və sən bir sakin olsan da. Sizin bir-birinizə üstünlüyünüz yalnız təqva (Allah qorxusu), saleh əməl və imanla ola bilər.
Bəs səni, aləmlərin Rəbbi və hər şeyi yaradan Uca Allah çağırsa nə edərsən?! Hər şeyin sahibi və maliki olan Allah Təala yaşadığın yerin sakinlərini və səni ziyarət etsə bəs sən bunu necə qarşılayarsan?! Heç də təəccüb etmə, Allah Təala Kərimli və bol-bol verəndir və O Uca Rəbbimiz hər gün gecənin son üçdəbirində hamımızı ziyarət edir. O əzəmətli Allah səmaya enir, Öz yardım əlini uzadaraq bizi çağıraraq buyurur: Tövbə edən varmı tövbəsini qəbul edim? Bağışlanma diləyən varmı onu bağışlayım?! Bir şey istəyən varmı dilədiyini verim?!
Səni belə yaxından çağıran kainatın sahibi Allah Təaladan utanmırsanmı?! O Allah ki, dünya və onun içində olan hər bir şey, sənin xoşbəxtliyin və bədbəxtliyin, yoxsulluğun və zənginliyin, həyatın və ölümün də Onun əlindədir. Bəs səni məşğul edən nədir?! Fani dünyamı, rahatlığınmı, yoxsa yuxunmu?! Bu dünyada bir azacıq olsa da rahat olacaqsan, bəs sabah bu dünyadan köçəcəyini unutmusanmı?! Səni oraya ötürən və səninlə gedən yalnız əməllərin olacaq. Bəs niyə hələ də qəflət içindəsən? Bilsən ki, ömrünün sonuna lap az qalıb və bir azdan canını alan mələk gələcək, onda necə, gözünə yuxu gedərmi? Axı niyə gecə durub namaz qılmırsan, üzünü Allaha tutmursan, dua etmirsən?!
Həqiqətən etiraf etmək lazımdır ki, indiki əsrdə gecə namazı tərk edilmiş sünnətlərdən olmuşdur. Tanınmış bir şəxsin və ya bir başçının dəvətini və çağırışını qəbul edirik, amma Aləmlərin Rəbbi Allahın çağırışına isə biganə yanaşırıq?!
Hər bir müsəlman Allah Təalaya yaxın olmağa can atmalı, hamı yatarkən Allaha dua etmək üçün qalxmalı, Onunla gizlicə əlaqə bağlamağı ürəkdən istəməli və bu əməli gecikdirmədən yerinə yetirməlidir.
Gece namazı necə qılınır?
Gecə namazının vaxtı:
Gecə namazı işa (yastı) namazından sonra sübh namazınadək, istənilən vaxt qılına bilər. Ancaq, bu namazı gecənin son üçdəbir hissəsində qılmaq daha üstündür.
Gecə namazının rükətləri:
Möminlərin anası Aişə (r.a - radiyallahu anhə - Allah ondan razı olsun!) deyir ki: "Peyğəmbər (s.a.s - sallallahu aleyhi və səlləm - Allahı salamı və salatı onun üzərinə olsun!) nə Ramazanda, nə də başqa bir vaxtda 11 rükətdən artıq namaz qılmazdı" (Bu hədisi Buxari, Muslim və digər alimlər rəvayət edib).
Gecə namazının ədəbləri:
Niyyət. Oyana bilməsə də, əgər gecə namazına qalxmaq niyyəti ilə yatan insan niyyətinə görə savab qazanacaqdır. Çünki Peyğəmbərimiz (s.a.s) deyib ki; "Həqiqətən əməllər niyyətlərə görədir və şübhəsiz hər kəsə niyyətinə görə verilir..." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir);
Yuxudan duran kimi dəstəmaz almaq;
Gecə namazına başlamamışdan əvvəl 2 rükət qısa namaz qılmaq;
Bacarılan və güc yetən qədər qılmaq. İmkandan artıq qılmaq olmaz. Çünki Allah Təala Bəqərə surəsinin 286-cı ayəsində buyurub ki: "Allah hər kəsi gücü yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)". Yuxu gələrsə yatmaq lazımdır, çünki yuxulu vəziyyətdə namaz qılan şəxs öz oxuduğunu anlamaz.
Gecə namazına durmağa kömək edən amillər:
- Günahlardan uzaq olmaq, onları azaltmaq və tərk etmək. Çünki çox günah edən şəxs gecə namazına dura bilməz;
- Axirət gününü xatırlamaq və o günü düşünmək. Cəhənnəmi düşünmək həqiqi möminlərin yuxusunu qaçırdar;
- Çox yeməmək, xüsusilə də axşam yeməyini çoxaltmamaq.
- İmkan dairəsində gündüz vaxtı azacıq da olsa yuxulamaq və ya mürgüləmək.
- Gecə namazına başlayacaqsansa birdən-birə başlama. Bütün gecəni ayaq üstə qalmaq və ya uzun-uzadı namaz qılmaq vacib deyil. Hər şeyə yavaş-yavaş və tədricən başlamaq lazımdır.
Peyğəmbərin (s.a.s) gecə namazı
Bir kişi bir dəfə Aişədən (r.a) soruşur: "Ey möminlərin anası, Peyğəmbərdə (s.a.s) gördüyün ən qəribə (müdhiş, maraqlı) bir şey haqqında mənə xəbər ver". Aişə (r.a) deyir: "Onun hansı işi müdhiş olmayıb ki?! Bir dəfə yanıma gəlib, mənimlə bir yorğan altına girir, sonra deyir ki, qoy Rəbbimə bircə saat ibadət edim" Dedim ki, sənə yaxın olmağı sevirəm, amma sənin istəyini üstün tuturam. Durdu namaz qıldı və ağlamağa başladı. Hətta gördüm ki, göz yaşı sinəsini islatdı. Ağlamağa davam edərək səcdəyə getdi və səcdə vəziyyətində yenə ağladı. Beləcə sübh namazının vaxtı girdi. Bilal namaza azan verməyə gələndə Onun (s.a.s) ağladığını gördü. Dedi: "Nədir səni ağladan ey Allahın elçisi?" O dedi: "Necə ağlamayım ey Bilal, bu gecə mənə bu ayələr nazil olub: "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!)) (Al-İmran, 190-191).
Rəvayətlərə görə Rəsulullah (s.a.s) gecə namazlarını o qədər uzun qılardı ki, ayaqları şişərdi. Aişə (r.a) Peyğəmbərə (s.a.s) deyərdi: "Ey Allahın elçisi, axı sənin keçmiş və gələcək günahların bağışlanıb. O (s.a.s) belə cavab verərdi: "Bəs mən şükür edən qul olmayımmı?"
Bir dəfə İbn Abbas (r.a) Peyğəmbərin (s.a.s) zövcəsi və həm də öz xalası sayılan Meymunənin (r.a) yanında qaldı və gördü ki, Rəsulullah (s.a.s) gecənin yarısı və ya yarısından bir az əvvəl yuxudan durub əlləri ilə üzünü silir ki, yuxusu qaçsın, sonra Əli-İmran surəsinin son 10 ayəsini oxuyub namaz qılır. İbn Abbas əlavə edir ki, mən də durub Onun (s.a.s) kimi etdim və gedib Onun (s.a.s) yanında dayandım. Əlini başıma çəkdi, sonra sağ qulağımı (yuxum qaçsın deyə) əli ilə ovxaladı. 2 rükət - 2 rükət olmaqla 10 rükət və sonda 1 rükət vitr namazını qıldı. Sonra uzandı, müəzzin gəlib azan verdi. Peyğəmbər (s.a.s) durub 2 rükət qısa namaz qıldı və sonra da gedib sübh namazını qıldı. (Bu hədisi Buxari, Muslim və Əhməd rəvayət edib).
Peyğəmbərimizin (s.a.s) gecə namazlarına önəm verdiyi bu cür bir çox hədislərinə rast gəlmək mümkündür.
Gecə namazının faydaları:
Bizə nümunə olan Peyğəmbər (s.a.s) kimi etmək:
Peyğəmbərimizin (s.a.s) gecə namazlarına daima davam etməsi, bizim üçün şərəfli bir əməl olmasına kifayətdir. O (s.a.s) bizlərə də gecə namazlarına qalxmağı tövsiyə etmişdir. Elə isə niyə biz də Onun (s.a.s) kimi etməyək, Onun (s.a.s) əməllərini bircə-bircə həyatımızda təkrarlamayaq?
"Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab, 21).
Bir hədisdə də Peyğəmbər (s.a.s) buyurub: "Ey insanlar! Bir-birinizə salam verin, (ac olanı) yedizdirin, qohumlarla əlaqəni kəsməyin və insanlar gecə yatarkən siz namaz qılın ki, sağ-salamat cənnətə daxil olasınız" (Bu hədisi Hakim, İbn Maca və Tirmizi rəvayət edib).
Allaha yaxın olmaq üçün bir qapıdır:
Bəlkə də bu ən böyük mükafatdır. Başqa vaxtlardan fərqli olaraq gecə insanın Allaha ən yaxın olan anıdır. Allaha yaxın olmaq necə də gözəl və əvəz olunmazdır. Peyğəmbər (s.a.s) buyurub: "Qulun rəbbinə ən yaxın olan vaxtı gecənin son anıdır (son üçdəbir hissəsi). Əgər həmin saatda (vaxtda) Allahı zikr edənlərdən ola bilərsənsə, ol!" (Bu hədisi Tirmizi və Nəsai rəvayət edib).
Allahın məhəbbətini qazanmaq:
Yerin, göyün və bütün kainatın sahibi olan Allah Təalanın verdiyi nemətlər bitməzdir. Onun nə bizə, nə bizim ibadətlərimizə, nə də kainatda olan varlıqlara ehtiyacı var. Lakin O Uca Allah sənə təbəssüm edir və səni müjdələyir. Bundan da yüksək bir məqam ola bilərmi?! Əbu Dərdadan (r.a) rəvayət olunur ki, Peyğəmbər (s.a.s) belə deyib: "Üç kəsi Allah sevər, onlara gülər və onlarla fərəhlənər. Biri, bir toplum (camaat) Allah yolunda savaşır, o da onlarla birgə həm də öz nəfsi ilə savaşan kəsdir. O ya öldürülər, ya da Allah onu qoruyar və qalib edər. (Allah) deyər: "Baxın mənim bu quluma, necə mənim üçün öz nəfsilə səbr etdi". Digəri gözəl qadını, yumşaq və rahat yatağı ola-ola gecə (namaza) qalxan kəsdir. (Allah) deyər: "O öz şəhvətini tərk edib məni zikr edir, istəsəydi yata bilərdi". Digər kəs isə səfərdə ikən onunla birgə olanlar gecəyə kimi (oyaq) qalar, gecəni isə yatarlar. O isə yaxşı və pis anında da gecə (namaza) qalxar (Hədisi ibn-i Əsakir rəvayət etmişdir, əl-Əlbani hədisə həsən deişdir).
Həqiqi ixlası (Allahın razılığını) həyata keçirmək:
Gecə namazına oyanmaq qəlbi təmizləyər, saflaşdırar və itaət etmə həvəsini artırar. Kim həmin anlarda Allah Təalanın əzəmətini hiss edərsə, bütün dünya onun gözündə kiçilər və qiymətsiz olar. Çünki o, bütün dünyanı tərk edərək dünyanın Sahibi ilə təklikdə olar. Ona müraciət edər, Ondan istəyər. Təbii ki, bu da insanda bir sakitlik, ixlas və namazında xuşu (mütilik) yaradar.
İbn əl-Qeyyim deyir ki: "İki kişi eyni səfdə (sırada), eyni imamın arxasında durar, amma namazlarının arasında yerlə göy arasındakı qədər fərq olar. Bu da ondan irəli gələr ki, birinin qəlbində fikirlər şaxələnir, o birinin qəlbi isə Allahdan və Ona itaətdən başqa heç nə görmür".
Budur əsl səadət, budur xoşbəxtliyin zirvəsi. Nə bezirsən, nə sıxılırsan, nə də dünyada bir şey itirəcəyindən qorxursan. Çünki sən tam qəlbinlə və istəyinlə Allaha üz tutmusan, Ona yaxınlaşmaq istəyirsən və Onun rizasına (razılığına) nail olmağa çalışırsan.
"Rəhmanın qulları" sifətinə layiq olmaq:
Allah Təala öz qullarını "Rəhmanın qulları" kimi vəsf etmiş və Qurani Kərimdə onların xüsusiyyətlərini sadalamışdır. Həmin xüsusiyyətlərdən biri də onların gecə namazlarına qalxmalarıdır. "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman onlarla gözəl, yumşaq danışarlar. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər" (əl-Furqan, 63-64).
Sən də onlardan olmaq istəmirsənmi?!
Təqdirə layiq bir məqama çatmaq:
Belə bir məqama kim layiq ola bilər? "Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!" (əl-İsra, 79).
Bilirsənmi ki, sən gecə namazlarında davamiyyətli olsan, başqaları ilə eyni səviyyədə olmayacaqsan?! "Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirdən müti bəndə (kafirlə birdirmi?!) De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!"" (əz-Zumər, 9).
Səfərə hazır olmaq:
Hamımız səfərə çıxmazdan əvvəl lazım olan tədarükü görürük, hazır oluruq və yola lazım olan hər şeyi, bəlkə ondan da artığını götürürük. Bəs bizdən hansımız axirət tədarükünü görmüşdür? Nə qədər ki gec deyil axirət səfərinə lazım olan hazırlığı et və tədarüklərini topla. Məhz gecə namazı da bu səfərə lazım olan ən əhəmiyyətli əməllərdəndir.Bir gün Əbu Zərr (r.a) Kəbənin qarşısında dayanıb əshabələrinə (yoldaşlarına) belə deyir: "Sizdən biriniz səfərə çıxmaq istəsə hazırlaşmırmı?" - "Bəli" - dedilər. Dedi: "Axirətə səfər, sizin bütün səfərlərin ən uzağıdır". Dedilər: "Onun tədarükünü bizə göstər". Dedi: "Böyük (ən əhəmiyyətli) işləriniz üçün həcc edin, qəbirdəki dəhşətli halınız üçün gecənin qaranlığında 2 rükət namaz qılın, qiyamət gününün uzunluğu üçün, uzun isti bir gündə oruc tutun".
Həqiqətən cəza və mükafat əməlin öz cinsindən olur. Kim öz rahatlığını və şəhvətini tərk edib, Allaha yaxınlaşmaq üçün vaxt ayırarsa, Allah Təala bunu uyğun formada Cənnətdəki nemətlərlə əvəz edər.
Sağlam olmaq:
1993-cü ildə bir sıra Amerika müəlliflərinin hazırladığı "Ev şəraitində təcrübədən keçirilmiş, təbii sağlamlığın sirləri" kitabında belə bir məlumat var idi: "Gecə yarısı yataqdan qalxmaq, mənzildə yüngül hərəkətlərlə idman etmək, bədən üzvlərini su ilə yuyub ovmaq və dərindən nəfəs almağın səhhətə bir çox faydaları var".Hər bir kəs bilməlidir ki, müsəlman gecə durub dəstəmaz alıb, namaz qılıb dua etməklə bunların hamısını yerinə yetirmiş olur.
Səadət və xoşbəxtlik:
Əgər nəfsimiz səadətə can atırsa, xoşbəxtliyi hər an və hər zaman hiss etmək istəyirsə, Allah Təalanın hüzurunda durmaqla və Ona yaxın olmağı hiss etməklə həmin böyük xoşbəxtliyə nail olar. Bu ləzzətə çatan ləzzət və xoş təsir ola bilməz. Bu ləzzətdən əlavə hələ Allahdan mükafat da vardır. Bu ləzzəti yalnız gecə namazını yerinə yetirənlər dada bilərlər. Gecənin bir anı, havanın təmizliyi və ətrafın sakitliyi sanki Allah Təalanın gəlişini gözləyir və Onun gəlişinə bəzənib hazırlanır. İnsan özünü başqa aləmdə hiss edir, Allah Təala ilə vasitəsiz təmasda olmağa hazırlaşır və ürəyində olanlarla tam Allaha yaxınlaşır, Ona dua edir, Ona sığınır və yalnız Ondan istəyir. Bu ləzzəti yalnız səmimi olaraq bunu təcrübədən keçirənlər hiss edə bilərlər. Səhabə Fudeyl bin Eyad (r.a) deyirdi: "Günəş qürub etdikdə gecənin zülmətinə sevinərdim ki, qoy insanlar yatsınlar və mən Allahla xəlvətdə qalım".
Bir dəfə böyük alimlərdən olan Həsən əl-Bəsridən soruşurlar ki, niyə (Allah üçün) çox çalışanlar (zahiri baxımdan) gözəl sifətli olurlar? O belə cavab verir: "Çünki onlar Rəhmanla xəlvətdə qalırlar və Allah Öz nurundan onlara geydirir".
Allah Təalanın görüşünə olan həqiqi sevgi, ona həqiqi hazırlıq müsəlmanın rahatlığını yox edir, daim Allaha ibadətdə olmaq onlara daha əziz və sevimli olur. "Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər. Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər..." (əs-Səcdə 15,16).
Peyğəmbərimizin (s.a.s) səhabələri gecə durub namaz qılmağı hətta ölümdən də üstün tutardılar. Bir dəfə savaşların birində Peyğəmbərimiz (s.a.s) Abbad bir Bişrdən (r.a) gecə müsəlmanların keşiyində durmağı tələb edir. Abbad (r.a) bu əsnada gecə namazı qılır və bu zaman düşmənlərdən biri onu görüb ona ox atır və ox onun çiyninə batır. O oxu çıxarıb namaza davam edir. Düşmən ona bir daha ox atır və ox yenə onun çiyninə sancılır. O oxu çıxarıb namazına davam edəndə, düşmən üçüncü dəfə də ona ox atır. Abbad oxu yenidən çıxarıb namazına davam edir və bitirdikdən sonra yoldaşını oyadır. Yoldaşı: Niyə məni oyatmadın? - deyir. Deyir: İki rükət namaz qılırdım və Qurandan bir surə oxuyurdum ki, onu oxumaq mənə ruhumun çıxmasından daha sevimlidir.
Saleh qullardan biri də daima gecə namazına qalxardı. Onu buna çəkən səbəb nədir deyə soruşanda, cavabında demişdir ki, Cəhənnəm haqqında danışılanda qorxum artır, Cənnətin adı çəkiləndə ora üçün darıxıram, ona görə də yata bilmirəm.
Birinci şərəf mərtəbəsinə yüksəlmək:
Çoxlarımız tanınmış universitetlərdən diplom almağa, magistratura, aspirantura, doktorantura və s. kimi yüksək ali diplomlar əldə etməyə can atırıq. Hətta diplomu əla qiymətlə almağa və ya adımızın şərəf lövhəsində olmasına var gücümüzlə çalışırıq. Bunların hamısı bu fani dünyada olsun deyə edirik. Bəs axirətdə yüksək şərəf mərtəbələrinə qalxmağa çalışmışıqmı, heç olmasa düşünmüşükmü, arzu etmişikmi və ya ürəyimizdən bircə dəfə də olsa keçirmişikmi?!
Cəbrayıl (ə.s) bir dəfə Peyğəmbərimizə (s.a.s) nazil olub deyir ki: "Ey Məhəmməd! Bil ki, möminin şərəfi, onun gecə namazına durması ilədir" (Bu hədisi Təbərani rəvayət edib, əl-Əlbani hədisə həsən deyib).
Bu şərəfə nail olan səhabələrdən biri də Ənəs bin Malikdir (r.a). O öz gecəsini 3 hissəyə bölərdi. Birinci hissəsində özü qalxıb namaz qılar, ikinci hissəsində həyat yoldaşını oyadardı, həyat yoldaşı da namaz qılıb bitirdikdən sonra, üçüncü hissəsində qızını oyadardı. Ondan sonrakı gün isə gecənin birinci hissəsini Ənəsin (r.a) zövcəsi qalxardı, namaz qıldıqdan sonra gecənin ikinci hissəsində Ənəsi (r.a) oyadardı. Beləcə bu ailə Allah qatında şərəf mərtəbəsinə nail olmuşdular. Bundan yüksək mənzil, bundan ali məkan və bundan daha əzəmətli bir mükafat olarmı?! Hansı şərəf lövhəsi və ya ordeni buna tay ola bilər?!
Həsən əl-Bəsri bir dəfə öz cariyəsini satır, lakin cariyəsi onun yanına qayıdıb xahiş edir ki, onu geri qaytarsın. Cariyə deyir: "Ey mövlam, məni geri qaytar. Sən məni elə bir qövmə satmısan ki, onlar gecə namazına qalxmırlar. Onlar yalnız 5 vaxt namazlarını qılırlar".
Ömər bin Xattab (r.a.) o qədər gecə namazına qalxar, gecə namazlarında o qədər ağlayardı ki, onun sifətində göz yaşlarından iki qara iz qalardı.
İndi düşün ki, gecə sən namaz qılarkən şeytan sənin yanına gəlib deyəcək: "Sənin bədəninin də haqqı var, Allahın sənə buyurduğu bu haqqı itirməməlisən. Axı Allah bağışlayan və rəhm edəndir. Fərzlər (vacib namazlar) sənə kifayətdir, gecə namazı isə yalnız nafilədir (əlavə namazdır). Sən işdən gəlmisən, günün ağır olub və özün də çox yorğunsan. İşin özü də ibadətdir. Onu da bil ki, Allah Təala insana gücü çatmadığı bir şeyi buyurmur, bacardığın qədər et". Bəs sən necə?! Şeytanı yaxına buraxacaqsanmı?! Öz hiyləsi ilə səni aldatmağa icazə verəcəksənmi?! Bu yüksəklikdə və qiymətdə şərəf mərtəbəsini əldən verməyə razı olacaqsanmı?!
Ey müsəlman bacı və qardaşım!
Yəqin ki, bu ayə və hədislərdən sonra artıq ürəyində gecə namazına qarşı daha bir istək yarandı və niyyətin ixlasla Allah tərəf yönəldi. Allah Təalaya daha yaxın olmaq üçün bu cür vasitənin nə qədər qiymətli olduğunu anladın. Belə bir fürsəti əldən verməyin nə qədər faydasız olduğunu dərk etdin. Allah Təala üçün qəlbini təmizlə, saf et, dəstəmaz al, gecənin üçdəbirində Ona yönəl! Səmimi qəlblə Ona üz tut! Hamı istirahət edərkən, yatarkən, sən rahatlığından imtina edərək Allahla xəlvətdə qal, Ona dua et! Allaha yaxın olmağa səylə can at!