MDB dövlətlərinin Minsk görüşündə qeyri-adi hadisə – Video
Ötən həftə Minskdə MDB dövlət başçıları Şurasının iclası keçirilib.
Bu görüşdə liderlər bir sıra problemləri, o cümlədən dünya böhranı fonunda MDB çərçivəsində mal dövriyyəsinin azalmasını müzakirə ediblər, görüşün sonunda isə əməkdaşlığın, xüsusilə də kibercinayətkarlıqla birgə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında 14 sənəd imzalayıblar.
Lakin bu sammit daha bir qeyri-adi hadisə ilə yadda qalıb, daha dəqiqliklə, Belarusun ONT telekanalının kadrlarına Ermənistan prezidenti Serj Sarkisyan düşüb.
Belə ki, Ermənistan prezidenti 3 il əvvəl ATƏT-in sammitində olduğu kimi bu dəfə də görüş vaxtı yuxuya gedir. Həmin xəbərlər buraxılışına baxmağa dəvət edirik. Yatmış Sarkisyanla olan kadrlar 2-ci dəqiqədən başlayır.

Saakaşvili erməni separatçısını tula adlandırdı – Video

“Çaxalyan kimdir ki, Saakaşvilini mühakimə etsin?”
Oktyabrın 25-də Gürcüstanda ölkə prezidenti Mixeil Saakaşvili və erməni fəal Vahan Çaxalyan arasında qalmaqal yaşanıb.Oxu.Az Regnum-a istinadən xəbər verir ki, insident Axalkalakidə, yerli erməni kilsəsinin həyətində baş verib.Burada şəhərə gəlmiş prezidenti Çaxalyan və onun bir neçə tərəfdarı qarşılayıb.Çaxalyan məsafədən Saakaşviliyə nəsə demək istəyir, lakin gürcü prezident ona yaxınlaşaraq sözünü deməsini istəyir:“Siz bizim kilsələrimizi qaytarmaq istəmirsiniz. Bu gün orada partladılmış erməni kilsəsi var” – deyə, Çaxalyan pis gürcü dilində danışır və sonra rus dilinə keçərək, Mixeil Saakaşviliyə xatırladır ki, onun prezidentliyi dövründə məktəblərdə erməni ədəbiyyatı dərslərinin keçirilməsini ləğv ediblər.“Sən məni mühakimə etməlisən? Çaxalyan Saakaşvilini mühakimə etməlidir?” – deyə, Saakaşvili rus dilində danışmağa başlayır və sonra gürcü dilinə keçərək, Çaxalyanı Rusiya Baş Kəşfiyyat İdarəsinin “sandıq tulası” adlandırır.“Həbsxanadan çıxmış kriminal Çaxalyan Saakaşvilini mühakimə etməlidir? Mən sənin kimilərdən dərs almaq fikrində deyiləm” – bəyan edən Saakaşvili Axalkalaki üçün etdiklərini sadalayıb: Tbilisiyədək dəmir yolu çəkib, kurort tikib, kənd təsərrüfatı texnikası gətirib, qaz, işıq çəkib və ən əsası Rusiyanın buradakı bazasını çıxarıb. Çaxalyan ona etiraz etmək istəsə də, Saakaşvili vurğulayıb ki, onun kimi separatçıları dinləmək fikrində deyilrezidentin və onun mühafizəsinin təzyiqi altında Vahan Çaxalyan ətrafındakı şəxslərlə birlikdə geri çəkilməyə və kilsənin həyətini tərk etməyə başlayır, yaxınlıqda gedən Mixeil Saakaşvili isə onu “qorxaq separatçı” adlandırıb.“Sənin kimilər burada çox idi, indi isə cəmi beş nəfər qalıb. Belə ki, daha Rusiya Baş Kəşfiyyat İdarəsinin bazası burada yoxdur” – deyə, Gürcüstan prezidenti erməni separatçısının ardınca qışqırıb.Qeyd edək ki, Vahan Çaxalyan bu ilin yanvarında gürcü parlamentinin qəbul etdiyi əfv haqqında qanun əsasında azadlığa çıxıb. O zaman Gürcüstan hökumətinin yeni qərarı prezidentdə kəskin narazılıq doğurmuşdu və o, separatçı Çaxalyanın azadlığa buraxılmasının təhlükəli olduğunu bəyan etmişdi.

Müdafiə nazirinin dəyişdirilməsi erməniləri vəlvələyə salıb
18 ildən artıq müdafiə naziri postunu tutmuş Səfər Əbiyevin Zakir Həsənovla əvəzlənməsi Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanda ajiotaj yaradıb. Bəziləri bu kadr dəyişikliyinin müharibə riskini artırmasına dair şərhlər verilir.
Ermənistanda Səfər Əbiyevin vəzifədən getməsilə bağlı ilk şərhlərdən birində nüfulzu təhlilçi Richard Giragosyan yazır ki, Əbiyevin Zakir Həsənovla əvəzlənməsi Qarabağda müharibə riskini 3 qat artırıb.
"Çünki bu addım müdafiə sahəsində real islahatların keçirilməsinin və hücum vəziyyətinə keçmənin başlanqıc siqnalı ola bilər", - cənab Giragosyan Facebookda yazıb.
Ermənistan Milli və Strateji Təhqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyanın sözlərinə görə, müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməsinin müxtəlif səbəbləri ola bilər ki, Qarabağ probleminə aidiyyəti yoxdur. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin “hərbi ritorikası və məsələni hərbi yolla həll etmək hədələri“ heç də onun müharibəyə hazır olduğu demək deyil.
“Azərbaycan buna qabil olsaydı və müharibənin nəticələrindən əmin olsaydı, çoxdan başlayardı. Bunu heç kəs bilmir. Müasir aləmdə atəş açmaqdan qabaq hamı əvvəlcə bu atəşin nəyə gətirəcəyini min dəfə götür-qoy edir. Bu mürəkkəb məsələdir və bunu hər hansı kadr dəyişikliyi ilə əlaqələndirmək olmaz”, - Sarkisyan bildirib.
Qlobalizasiya və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan Səfər Əbiyevin işdən azad olunmasının iki səbəbi ola bildiyini ehtimal edir.
“Bu, korrupsiya ilə bağlı ola bilər. Son zamanlar orduda korrupsiya ilə bağlı etirazlar haqqında tez-tez məlumatlar alınır və bu istefa korrupsiyaya qarşı mübarizə aparıldığını göstərməlidir”, - politoloq hesab edir.
İkinci variant, Qriqoryanın sözlərinə görə, ordu qarşısında yeni tapşırıqlar qoyulduğu ola bilər.
"Uzun illər nazir vəzifəsində olan şəxs öz ətrafında, komandanlıq tərkibində topladığı dostları və yaxın adamları ilə islahatlar etməyə qabil deyil. Yeni tapşırıqları yeni kadrlar həyata keçirməlidir”, - Qriqoryan ehtimal edir.
Təhlilçi istisna etmir ki, ordu qarşısına qoyulan yeni tapşırıqlar Qarabağ münaqişəsinin həlli istiqamətində “güc tətbiq etmək” variantını da nəzərdə tutur.
“Əlbəttə, mən inanmıram ki, Azərbaycan asanlıqla güc yolunu seçsin, lakin hərbi nazirin dəyişməsi, o cümlədən, Qarabağla bağlı yeni hərbi planlara da aid ola bilər”.